Məhkəmə qərarları › İş №2(028)-340/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-340/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-340/2021 30.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh xeyrlərinə 728 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun, cəmi 748 manat məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-340/2021 saylı 01.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq məhkəmə əmri qəbul edilmişdir. Cavabdeh 29.10.2021-ci il tarixdə Qubadlı Rayon Məhkəməsinə "xxxx" MMC-yə borcunun olmamasına dair etiraz və buraxılmış müddətin bərpasına dair ərizələri ilə müraciət etmişdir.Buna əsasən Qubadlı Rayon Məhkəməsinin 05.11.2021-ci il tarixli 2(028)-340/2021 saylı qərardadı ilə iş iddia icraatına keçilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qubadlı Rayon Məhkəməsinə 10.11.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş 22.10.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarda göstərilir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-340/2021 saylı 01.06.2021-ci il tarixli icra vərəqəsi "xxxx" MMC-nin ərizəsinə əsasən xitam olunmalıdır. Həmin qərara əlavə edilmiş "xxxx" MMC-nin nümayəndəsi X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 05.10.2021-ci il tarixli ərizəsinin kserosurətində göstərilir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-340/2021 saylı, 01.06.2021-ci il tarixli məhkəmə əmrinə əsasən borclu Cavabdeh 748 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi qərarı alınıb.Qərar icra edilməsi üçün aidiyyatı üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.Qərar qüvvəyə minib və icraya yönəldilib.Hazırki ərizə ilə bildirilir ki, borclu borcunu tam ödəmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən borclu barəsində icra işinə xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Hazırki işdə məhkəmə iddiaçı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubda borcun tam ödənildiyini və buna əsasən icra işinə xitam verilməsinə dair xahişi iddiaçının iddiadan imtinası kimi qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar