Məhkəmə qərarları › İş №2(028)-35/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-35/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-35/2021 16.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 qızının, Cavabdeh iştirakları ilə İddiaçı «xxxx»ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə əsas borc üzrə 9480,60 manat, faiz borcu üzrə 1648,61 manat, cəmi 11129,21 ( on bir min yüz iyirmi doqquz,21) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 qəpik bank xidməti haqqının tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.İddianı dəqiqləşdirərək Cavabdeh «xxxx» ASC-nin xeyrinə əsas borc üzrə 9480,60 manat, faiz borcu üzrə 2141,61 manat, cəmi 11622,21 ( on bir min altı yüz iyirmi iki,21) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 qəpik bank xidməti haqqı tutulması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2019-cu il tarixli BMP**********52 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana illik 24 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Hazırda cavabdehin banka xx.xx.2019-cu il tarixli BMP**********52 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 9480,60 manat, faiz borcu üzrə 1648,61 manat, cəmi 11129,21 ( on bir min yüz iyirmi doqquz,21) manat borcu var. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bunları nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh göstərdi ki, o, keçən ildə banka müraciət edərək borcu ödəmək üçün oktyabr ayına kimi vaxt verilməsini və faizini hesablanmamasını xahiş etmişdir.Lakin onun xahişi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BMP**********52 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana illik 24 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində Cavabdeh bank qarşısında xx.xx.2019-cu il tarixli BMP**********52 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 9480,60 manat, faiz borcu üzrə 2141,61 manat, cəmi 11622,21 ( on bir min altı yüz iyirmi iki,21) manat borcu var. İş materiallarından görünür ki, «xxxx» ASC kredit alana xx.xx.2020-ci il tarixdə bildiriş göndərmişdir. xx.xx.2019-cu il tarixli BMP**********52 nömrəli kredit müqaviləsinin 3.9.7-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə borc verən kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarma anınadək hesablanmış faizləri ödənilməsini borc alandan tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlığın tələb etdiyi tərzdə, yəni şərtlənilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə əsas borc üzrə 9480,60 manat, faiz borcu üzrə 2141,61 manat, cəmi 11622,21 (on bir min altı yüz iyirmi iki,21) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 qəpik bank xidməti haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar