Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-39/2021 17.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 153,10 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, 20 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqını, ümumilikdə 323,50 (üç yüz iyirmi üç,50) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir.Öz ərizəsində iddiaçı göstərmişdir ki, «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərini göstərir.Vətəndaşların fərdi mənzillərinə kabel televiziyasının yayımlanması üçün onlarla müqavilə əsasında kabel xətləri çəkilir. Lakin bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq «KATV1»-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC «xxxx» hüquq firması ilə hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. 27 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 17 saylı mənzilinin sahibi Cavabdehdır. X1 əvvəllər İddiaçı MMC-nin abunəçisi olmuş və onunla şirkət arasında xx.xx.2014-cü il tarixlə müqavilə bağlanılmışdır. Son abunə haqqının ödənilməsi xx.xx.2016-cı ildə baş vermiş, onunla müqavilə münasibətlərinə xx.xx.2016-cı il tarixdə son qoyularaq həmin yaşayış sahəsi kabel şəbəkəsindən ayrılmışdır. xx.xx.2018-ci il tarixdə «xxxx» hüquq firmasının, Rabitə Nazirliyinin və «KATV1» kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanında kabel şəbəkəsinə baxış kecirilən zaman həmin mənzilində yaşayan cavabdeh tərəfindən kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilib və müvafiq akt tərtib olunmuşdur Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Müqavilə münasibətlərinə son verildiyi xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2018-ci il tarixə qədər olan müddət 464 gün təşkil edir. Hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 153,10 manat təşkil edir. «xxxx» hüquq firması ilə bağlanmış hüquqi xidmətlərinin göstərilməsinə dair müqaviləsinin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat ödəyir Azərbaycan Respublikası MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının «Telekommunikasiya haqqında» qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı «Telekommunikasiya şəbəkələrin, vasitə və qurğularının mühafizəsi Qaydaları»nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş İddiaçı MMC-nin «KATV1» kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar ediməsi haqqında aktda göstərilir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 17 saylı mənzilinin sakini tərəfindən «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar olunmuşdur. Həmin ünvanda keçirilmiş son baxış xx.xx.2016-cı il tarixdə olmuşdur. Qanunsuz qoşulma barədə aktın tarixinə - xx.xx.2018-ci il tarixə qədər olan müddət 464 gün təşkil edir.Hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərti ilə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 153,10 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcələnin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Cavabdeh işi ilə bağlı hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün «xxxx» MMC-yə 150 manat ödəyir. Maddi zərər 153 manat məbləğində olduğu halda nümayəndəyə ödənilən 150 manat məbləğin arasında heç bir mütənasiblik yoxdur. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, nümayəndəyə ödənilən pulun məbləği-150 manat tənəsübsüz surətdə yüksəkdir və müvafiq olaraq 30 manat məbləğində nümayəndəyə ödənilən pulu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh «KATV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 153,10 manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 30 (otuz) manat, 20 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı, ümumilikdə 203,50 ( iki yüz üç,50) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-39/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-39/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver