Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-458/2020 10.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlaq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə icraata qəbul edilmiş və işin məhkəmə hazırlıq iclasında baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İşin materiallarından müəyyən olunur ki, İddiaçı İstanbul şəhərinə təyyarə ilə getmək üçün 496,82 manat dəyərində biletin qiymətini nağd ödəniş şəklində, elektron qaydada ödəniş kimi xx.xx.2019-cu ildə cavabdehə ödəmiş və bu barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə **********624 və **********623 nömrəli biletlər elektron qaydada ona verilmişdir. Qanunvericiliyə əsasən müstəsna aidiyyət olaraq sərnişin daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilməli olduğundan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh yerləşdiyi ərazi üzrə - Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 39.3, 44-cü və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R V E R D İ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-458/2020
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-458/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver