Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-5/2021 15.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması və müqaviləsinin xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı «xxxx» ASC məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC ilə Cavabdeh ilə bağlanmış fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə xitam verilməsi və Cavabdeh «xxxx» ASC-nin xeyrinə müqaviləsi üzrə 1114,7 manat əsas borcu, 180,32 manat faiz borcu, 15,44 manat cərimə borcu, cəmi 1310,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh ilə «xxxx» İKB ASC arasında bağlanmış fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən cavabdehə illik 20% olmaqla 36 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. 24 avqust 2020-ci il tarixədək cavabdehin banka 1114,7 manat əsas borcu, 180,32 manat faiz borcu, 15,44 manat cərimə borcu, cəmi 1310,46 manat borcu var. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. İş materiallarında olan və Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 13.11.2019-cu ildə ölmüşdür. Belə olan halda Cavabdeh məhkəmədə müvafiq icraat başlamamışdan əvvəl, yəni 01.09.2020-ci il tarixdən xeyli əvvəl-13.11.2019-cu il tarixdə vəfat etdiyi aydın olur; vəfat etmiş şəxsin işdə tərəf olması, mülki hüquq və vəzifələri daşıması mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Qubadlı rayon məhkəməsinə ünvanlanmış 02.03.2021-ci il tarixli məktubdan görünür ki, «Elektron notariat» informasiya sistemində 02.03.2021-ci il tarixədək aparılmış araşdırma nəticəsində Cavabdeh adına vərəsəlik işi müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh qarşı mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə,hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması və müqaviləsini xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Qubadlı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-5/2021
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-5/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver