Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-509/2021 07.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, "xxxx"ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 2207,54 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşı X2 mülkiyyətində olmuşdur.Həmin ünvanda məcburi köçkünlər kimi 1994-cü il tarixindən məskunlaşmışdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli,11 saylı qərarı ilə təsdiqlənmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın qanuni qüvvəyə minməsinədək onlar kommunal xərclərdən azad olmuşlar. Qayda qanuni qüvvəyə minənnən sonra hər ay kommunal xərclərini ödəməyə başlamışlar.Lakin Qaydanın qanuni qüvvəyə minməsinədək yığılan borclar hələ də qalmaqdadır. Əsassız hesablanmış 2207,54 manat borc iddiaçıya həmin evi satmağa və yaxud başqasının adına keçirməyə mane olur. İddiaçı dəfələrlə "xxxx" ASC-yə müraciət edərək əsassız hesablanmış borcların silinməsini xahiş etmiş, lakin heç bir nəticə olmamışdır.Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etmədi və göstərdi ki, həmin borc 31.12.2016-cı il tarixində dondurulmuş və hal-hazırda "xxxx" ASC tərəfindən tələb olunmur.Lakin yaşayış sahəsinin alqı-satqı və ad dəyişməsi zamanı həmin borcun ödənilməsi tələb olunur. Məhkəmə iş üzrə iddiaçının və cavabdehinin nümayəndələrini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan 06.08.2021-ci il tarixli abunə haqqından görünür ki, abunəçi İbrahimova elektrik enerjisinə görə yaranmış 2056,79 manat borcu qaçqın borcu kimi və 150,75 manat keçmişə doğru sərfiyyat kimi silinməlidir . Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. 31.12.2016-cı ilə qədər məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız hesablanmış 2207,54 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-509/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-509/2021
07.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver