Məhkəmə qərarları › İş №2(028)-540/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-540/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-540/2021 29.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt Maraqlı şəxs qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək onun 22 mart 1959-cu ildə Qubadlı rayonu Başarat kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, o, 22 mart 1959-cu ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuşdur.Bunu ona məxsus olan AZE seriyalı 0******* №-li Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 25.01.2011-ci ildə verilmiş şəxsiyyət vəsiqəsi təsdiq edir.Həmin şəxsiyyət vəsiqəsində onun anadan olduğu il səhvən xx.xx.1959-cu il kimi göstərilmişdir.1992-ci ildən Qubadlı rayonu işğal olunandan sonra məcburi köçkün kimi Sumqayıt şəhərində yaşamışlar.Ona məxsus doğum haqqında şəhadətnamə Qubadlı rayonunda qalmışdır.Doğum tarixi şəxsiyyət vəsiqəsində və doğum haqqında akt qeydində müxtəlif göstərildiyinə görə ona məxsus olan sənədlərdə çətinliklərlə üzləşir.Ona məlum olmayan səbəblərdən şəxsiyyət vəsiqəsində doğulduğu ay və gün səhv göstərilmişdir.Onun 22 mart 1959-cu ildə anadan olduğunu şahidlər təsdiq edə bilərlər.Doğum akt qeydində düzəliş edilməsi üçün Sumqayıt Maraqlı şəxs müraciət etmişdir. Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 15.10.2020-ci il tarixli, 05- Q/4594/15 saylı məktubu ilə doğum haqqında akt qeydinin məlumat qrafasında doğum tarixinin xx.xx.1959-cu il deyil, 19.10.1960-ci il yazıldığı müəyyən edildiyindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə oların iştirakı olmadan baxılmasını xahiş etmişdir.Əlavə olaraq göstərilmişdir ki, Ərizəçi təkrar şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılmış və müəyyən olunmuşdur ki, Qubadlı rayonu Muradxanlı icra nümayəndəliyi tərəfindən 25.11.1960-cı ildə tərtıb edilmiş 74 saylı doğum haqqında akt qeydində məlumat qrafasında vətəndaşın doğum tarixi xx.xx.1959-cu il deyil, 19.10.1960cı il yazılmışdır.Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin vətəndaşa təqdim olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 9.7-ci maddəsinə əsasən 16 yaşına çatmış şəxlərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Ərizəçi şəxsiyyət vəsiqəsi və adına tərtib edilmiş doğum haqqında akt qeydi arasında ziddiyyət olduğundan, şəxsiyyət vəsiqəsində əks olunmuş məlumatlarla doğum haqqında akt qeydində əks olunmuş məlumatlarin eyni şəxsə məxsus olduğunun təsdiqini tapması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X2 göstərdi ki, o, 10 fevral 1954-cü ildə Qubadlı rayonu, Başarat kəndində doğulmuşdur. Ərizəçi onun bacısıdır. Bacısı Tutu ondan 5-6 yaş kiçikdir. Evin birinci övladı o, üçüncü övladı isə Tutu olmuşdur. Tutu 1959-cu ilin mart ayının 22-də doğulmuşdur. Bacısı Tutunun doğum gününü onlar həmişə mart ayının 22-də qeyd edirlər. Tutu mart ayında doğulduğuna görə anası onun adını “Əzizə” qoymaq istəmişdir. Lakin həmin vaxtı atasının “Tutu” adlı bibisi rəhmətə getdiyinə görə atası qızına onun adını qoymuşdur. Yaşadıqları rayonun işğal olunması ilə əlaqədar bacısı Tutunun doğum haqqında şəhadətnaməsi yaşadığı Qubadlı rayonunun Başarat kəndindəki evlərində qalmışdır. X1 göstərdi ki, o, 09 sentyabr 1966-cı ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuşdur. Ərizəçi onun bacısıdır. Bacısı Tutu ondan 7-8 yaş böyükdür. Tutu 1959cu ilin mart ayının 22-də doğulmuşdur. Bacısı Tutunun doğum gününü onlar həmişə mart ayının 22-də qeyd edirlər. Həqiqətən də onun bacısı Tutu xx xxxx 1959-cu ildə yox, 22 mart 1959-cu ildə anadan olmuşdur. Məhkəmə ərizəçini, şahidləri dindəyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və 25.01.2011-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətində göstərilir ki, Ərizəçi xx.xx.1959cu il tarixdə Qubadlı rayonu, Başarat kəndində doğulmuşdur. İş materiallarında olan və 31.08.1978-ci il tarixdə verilmiş vətəndaşın pasportunun kserosurətində göstərilir ki, Ərizəçi 1959-cu il tarixdə Qubadlı rayonu, Başarat kəndində doğulmuşdur. İş materiallarında olan Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 15.10.2020-ci il tarixli 05-Q/4594/15 saylı məktubda göstərilir ki, Qubadlı rayon Muradxanlı icra nümayəndəliyi tərəfindən 25.11.1960-cı il tarixdə tərtib edilmiş 74 saylı doğum haqqında akt qeydində məlumat qrafasında doğum tarixinizin xx.xx.1959-cu il deyil, 19.10.1960-ci il yazıldığı müəyyən edilmişdir.Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 01.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaların müəyyən edən Əsas Müddəalar”ın 1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.26-ci maddəsinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında akt qeydində səhv olduğuna görə həmin qeyd düzgün aparılmamış və düzəliş edilərək Ərizəçi doğum haqqında şəhadətnaməsində doğum tarixi 22.03.1959-cu il kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Azərbayçan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 22 mart 1959-cu ildə Qubadlı rayonu, Başarat kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar