Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-554/2021 06.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi , Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı nikah haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 05.12.1997-ci il tarixli Vİİ ЖГ 284169 saylı nikahın bağlanması haqqında şəhadətnamədə qeyd olunan X1 Xələfova soyadı ilə əvəz edilməklə nikah haqqında akt qeydində düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, 08.11.1979-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. Ona aid bütün sənədlərdə soyadı Xələfova (Kazımova) kimi qeyd olunmuşdur. O, 05.12.1997-ci ildə X7 ilə ailə qurmuşdur.Birgə nikahdan iki uşaqları var.Nikahın qeydi zamanı mexaniki səhv olaraq onun soyadı Xələfova əvəzinə Xəlilova kimi qeyd olunmuşdur.Bu yaxınlarda sənədləri nəzərdən keçirərkən nikahın bağlanması haqqında şəhadətnamədə soyadının səhv olaraq Xəlilova kimi yazıldığını görüb, həmin səhvin düzəldilməsi üçün Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qubadlı rayon Qeydiyyat şöbəsinin 31 avqust 2021-ci il tarixli məktubda ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Hesab edir ki, bu əsassız və qanunsuzdur. Buna görə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayçan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma ücün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və Zilanlı xalq soveti İcrayiyyə Komitəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 01.11.1979-cu il tarixdə doğulmuşdur. X5, anası X4r. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən 05.12.1997-ci il tarixdə verilmiş Vİİ ЖГ 284169 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X3 nikahı haqqında 05 dekabr 1997-ci il tarixdə 180 №-li qeyd tərtib edilmişdir.Nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan və 09.03.2006-cı il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi 1979-cu il tarixdə Qubadlı rayonda doğulmuşdur. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVB tərəfindən 09.04.2015-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi xx.xx.1979cu il tarixdə Qubadlı rayon, Mahruzlu kəndində doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayçan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma ücün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 05.12.1997-ci il tarixli Vİİ ЖГ 284169 saylı nikahın bağlanması haqqında şəhadətnamədə X2 Xələfova soyadı ilə əvəz edilməklə nikah haqqında akt qeydində düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-554/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-554/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver