Məhkəmə qərarları › İş №2(028)-558/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-558/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-558/2021 12.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, 25 iyul 2021-ci ildə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuş mərhum oğlu X1 ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun oğlu X2 07 dekabt 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.Oğlu 25 iyul 2021-ci ildə Sumqayıt şəhərində “boğulma” səbəbindən ev şəraitində vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Mərhum oğlunun ölüm faktını 23.08.2021-ci il tarixli Sumqayıt şəhər 12 saylı MKS tərərərfindən tərtib edilmiş akt təsdiq edir.Lakin ölümü təsdiq edən şəhadətnamə ala bilmədikləri üçün hüquqmüəyyənedici sənədləri əldə edə bilmirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin Qubadlı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılması və ərizəni təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon VVAQD şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 07.12.1994-cü il tarixdə doğulmuşdur. Atası Ərizəçi, anası X3r. İş materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X2 07.12.1994-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 27 saylı arayışdan görünür ki, X2 25 iyul 2021-ci ildə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X2 (07.12.1994-25.07.2021 yazılmış qəbir baş daşı) dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 08.09.2021-ci il tarixli 05/Q-248/15 saylı məktuba əsasən X1 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin . 07 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş X1 25 iyul 2021-ci ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar