Məhkəmə qərarları › İş №2(028)-560/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-560/2021

21.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-560/2021 21.10.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X1 İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbi barədə iddia ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edmişdir. Mülki işin baxılması 21 oktyabr 2021-ci il tarixə, saat 15:30-a təyin edilmiş və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266- 269-cu maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar