Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-604/2021 01.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11.08.1961-ci il təvəllüdlü X2 12.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi və X2 adına ölüm haqqında şəhadətnamənin verilməsini Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, ərizəçinin anası X5 12.07.2021-ci il tarixdə uzun sürən xərçəng xəstəlikdən Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Kürdaxanı kənd qəbirstanlığında dəfn olunmuşdur.Bunu Sabunçu rayonu, Kürdaxanı bələdiyəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 568 saylı arayış təsdiq edir. Ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət olunmuş, lakin Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. 02.07.2021-cı il tarixdə ərizəçinin anasının vəziyyəti ağırlaşdığından xəstəxanaya aparılmış və 07.07.2021-ci il tarixdə ağır vəziyyətdə xəstəxanadan çıxarılıb evə gətirilmişdir. 12.07.2021-ci il tarixdə saat 07:36 radələrində Bakı TTTY stansiyası gələrkən həkimə qədər ölüm baş vermiş və bu barədə arayış verilmişdir.Ərizəçi dəfn və hüzr mərasimi ilə məşğul olmuşdur. Hazırda isə ölüm haqqında şəhadətnamənin alınması mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasına xahiş etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN 5 tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, X5 11.08.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi İnqlab qızı xx.xx.1990-cı il tarixdə doğulmuşdur. X1, anası X4r. İş materiallarında olan və Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı bələdiyyəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 568 saylı arayışdan görünür ki, X5 12.07.2021-ci ildə Sabunçu rayonu Kürdaxanı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X5 (11.08.1961-12.07.2021 yazılmış qəbir baş daşı) dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçinin nümayəndəsinə ünvanlanmış 09.09.2021-ci il tarixli 198 saylı məktuba əsasən X2 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur. İş materiallarında olan TTTY stansiyası tərəfindən verilmiş 12.07.2021-ci il tarixli arayışdan görünür ki, 12.07.2021-ci il tarixdə saat 07:36-də Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 19a, mənzil 11 X2 həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə qismən təmin edilsin. 11.08.1961-ci il təvəllüdlü X2 12.07.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-604/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-604/2021
01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver