Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-682/2021 22.11.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.01.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06589 olan Samsung Galaxy A40 markalı telefon üçün 410,8 manat ödənilməmiş hissə, 41,2 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********08197 olan Samsung Galaxy A40 markalı telefon və pover bank üçün 624 manat ödənilməmiş hissə, 62 manat cərimə, 28.01.2020-ci il tarixli müqavilə üzrə X2 üçün 1105,2 manat ödənilməmiş hissə, 110,8 manat cərimə, ümumilikdə 2354 manat borc və 43,54 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 18.01.2020-ci, 17.01.2020-ci və 28.01.2020-ci il tarixli müqavilələrinə əsasən Samsung Galaxy A40 markalı telefonlar və X2 almış, nəticədə 2354 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.01.2020-ci tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 557,8 manat (yəni 12 ay x 37,4 manat +109 manat ilkin ödəniş) olan İMEİ kodu **********06589 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 452 manat olmaqla ondan 410,80 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41,2 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 684 manat (yəni 12 ay x 57 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********08197 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 686 manat olmaqla ondan 624 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 manat cərimə pulu və 28.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1150,2 (12 ay x 92,1 manat + 45 manat ilkin ödəniş) olan X2 üçün 1216 manat olmaqla ondan 1150,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110,8 manat cərimə borc pul yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 252manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 17.01.2020-ci il tarixli, 20042850 saylı, 18.01.2020-ci il tarixli, 20044186 saylı və 28.01.2020-ci il tarixli, 20066102 saylı Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Samsung Galaxy A40 markalı telefonlara, pover bank və X2-yə dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 17.01.2020-ci, 18.01.2020-ci və 28.01.2020-ci il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 57 manat, hər ay (12ay) 37,4 manat və hər ay (12 ay) 92,10 manat olmaq şərti ilə ödəməlidir. 17.01.2020-ci, 18.01.2020-ci və 28.01.2020-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Samsung Galaxy A40 markalı telefonlar, pover bank və X2 adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 17.10.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18.01.2020ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06589 olan Samsung Galaxy A40 markalı telefon üçün 410,8 manat ödənilməmiş hissə, 41,2 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********08197 olan Samsung Galaxy A40 markalı telefon və pover bank üçün 624 manat ödənilməmiş hissə, 62 manat cərimə, 28.01.2020-ci il tarixli müqavilə üzrə X2 üçün 1105,2 manat ödənilməmiş hissə, 110,8 manat cərimə, ümumilikdə 2354 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində "xxxx" MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pullarının məbləği – 214 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 80 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********06589 olan Samsung Galaxy A40 markalı telefon üçün 410,8 manat ödənilməmiş hissə, 10 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********08197 olan Samsung Galaxy A40 markalı telefon və pover bank üçün 624 manat ödənilməmiş hissə, 20 manat cərimə, 28.01.2020-ci il tarixli müqavilə üzrə X2 üçün 1105,2 manat ödənilməmiş hissə, 50 manat cərimə, ümumilikdə 2220 manat borc və 43,54 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-682/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-682/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver