Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-96/2021 02.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliy, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜ Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13550 manat məbləğində pulun və ödənilən 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, 2018-ci ilin avqust ayında işlədiyi müəssisədə Süsən adlı işçi ona əlavə olaraq Sumqayıt şəhərində yerləşən “Sülh Plaza”da işlədiyini və yaxşı pul qazandığını bildirmişdir.İşin nə olduğunu soruşduqda o müəyyən məbləğdə pul qoyacağını, daha sonra başqa adamları cəlb edərək pul qazanacağını bildirmişdir.O, bununla razılaşdı və bir müddət keçdikdən sonra Süsən ilə birlikdə cavabdehlə “Sülh Plaza”da görüşmüşdür. Cavabdehlə söhbət etdikdən sonra o, bundan imtina etdi.3-4 gün keçdikdən sonra Süsən zəng edərək həmin işə qoşulmağını bildirdi. O, yenə bundan imtina etmişdir.Bir neçə saat sonra Süsən Əfruzənin köməkçiləri ilə birlikdə onun yaşadığı evə gəlmişlər və o, özü Əfruzə ilə görüşəcəyini bildirmişdir.Səhəri gün Əfruzə ilə görüşəndə Əfruzə bu işdə həftəyə 200-300 manat qazanacağını söyləmişdir. O, yenə fikirləşəyicini söyləmişdir.Bir neçə gündən sonra Süsən Əfruzənin köməkçisi Sima onun evinə gəlmiş və yazılmaq üçün son gün olduğunu bildirmişlər. O, pulunun olmadığını dedikdə onlar qızılını lombarda qoymağını demişlər. O, 1 cüt sırğa lombarda qoyaraq 500 manat pul götürmüşdür.Bundan sonra Əfruzənin yanına getmişlər. Əfruzə onu qeydiyyata almış və səhəri 1500 manat gətirməli olduğunu bildirmiş.”Acces Bankdan” 1500 manat kredit götürmüş və cavabdehə vermişdir. Əfruzə ona bir həftə sonra 500 manat pul verəcəyini bildirmiş, lakin belə olmamışdır. O, pulu tələb edəndən sonra Əfruzə pulu ona verərək adam gətirməyini söyləmişdir. Lakin o, adam gətirə bilməyəcəyini bildirmişdir.Bundan sonra o, yenidən ozünü yazdırmaq üçün 4000 manat cavabdehə vermişdir.Təxminən bir neçə gün sonra yenidən 2000 manat pul vermişdir.Bundan sonra cavabdeh onun biznesinin guya inkişafı məqsədi ilə 12000 manat tələb etmişdir.O, «Azərbaycan Beynəlxalq Bankı»ndan 12000 manat kredit götürərk cavabdehə vermişdir.Cavabdeh ona yanvar ayına kreditin bağlayacağını söyləmiş, lakin bunu etməmişdir.Cavabdeh ona 4500 manat ödəmişdir. Özü heç bir yerdə işləmir və bankın pulunu ödəyə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BMP**********12 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalan İddiaçı illik 26 faiz ödənilməsi şərti ilə 40 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və 24.05.2021-ci il tarixdə Cavabdeh tərəfindən öz dəstixətti ilə tərtib edilmiş etirafdan görünür ki, Cavabdeh ümumilikdə İddiaçı 13000 (on üç manat) borcludur. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 52.5-cı maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13000 (on üç min) manat məbləğində pul və ödənilən 30 manat dövlət rüsumunu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-96/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-96/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver