Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-724/2025 14.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X1, cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22rşı işə bərpa, mənəvi zərər əvəzinin ödənilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22rşı işə bərpa, mənəvi zərər əvəzinin ödənilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaqrəetmə Birliyi” X24 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X23 direktoru X11 onun işdən çıxarılmağı və əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli № 18-1-54/3- 1-442 saylı əmrin ləğv edilməsini və onun əvvəlki iş yerinə “Qusar RMX” RHŞ Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün cavabdehdən əmək haqqının alınaraq ona ödənilməsini və 1000 (min) manat məbləğində mənəvi zərər əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdən Qusar Mərkəzi Rayon Xəstəxanasına qanuni əsaslarla müddətsiz əmək müqaviləsi bağlayaraq mühasib vəzifəsinə qəbul olmuşdur. xx.xx.2022-ci il tarixdən Qusar RMX RHŞ Hesabatlıq bölməsinin müdiri vəzifəsində işləmiş və xx.xx.2025-ci il tarixdən Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “ə” bəndi-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək fumksiyasını pozulması) işçi əmək funksiyasını və vəzifə öhdəliliklərinin dəfələrlə pozulması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, baxmayaraq ki, həmin xəstəxanada 18 il müddətində çalışmışdır. İşlədiyi dövr ərzində həmişə işə məsuliyyətlə yanaşmış, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, nizam və intizam qaydalarına riayət etmiş, iş fəaliyyətilə bağlı heç vaxtı problem olmayıb. Rəhbərlik tərəfindən nümunəvi əmək fəaliyyətinə görə dəfələrlə onu “Fəxri Fərman” larla təltif edilmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X23 direktoru X13 və onun həyat yoldaşı İlhamə Hacıyeva heç bir hüquqi əsası olmadan, qərəzli şəkildə qanuna zidd hərəkətlərə əl ataraq, guya onun tərəfindən öz vəzifə borcuna laqeyd münasibət bəsləmiş, əmək və icra intizamını pozmuş, laboratoriya şöbəsində və Aptek bölməsində audit aparmadığına görə, artıq əksik gələn dərman və tibbi sərfıyyatı qeydiyyata aparmadığına görə və heç bir üzürlü səbəb olmadan, xəstəxana rəhbərliyindən icazə alınmadan iş yerini tərk etdiyinə görə onu əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb olmuş, sonralar isə 07 aprel 2025-ci il tarixli Əmr № 18-1-54/3-1-442 onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmağının tam qanunsuz və əsassız olduğunda aidiyyəti üzrə müxtəlif qurumlara, həmçinin Azərbaycan Respublikasını Səhiyyə Nazirliyinə, Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X14 Quba-Xaçmaz Şöbəsinə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X26 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və aşağıda göstərdiyi əsaslara görə rədd edilməlidir. İddiaçı ilə Cavabdeh X27 arasında 13 aprel 2007-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq o X25 mühasib vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 08 aprel 2022-ci il tarixdə Hesabatlıq bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. “Qusar RMX” PHŞ-də dərman hesabatlarını düzgün yoxlamadığına, dərman qeydiyyat jurnalı aylıq dərman hesabatları ilə uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmamadığı yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə iddiaçıya 28 fevral 2025-ci il tarixdə töhmət, 13.03,2025ci il tarixdə laboratoriya şöbəsində və aptek bölməsində auidit aparmadığına və təhviltəslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan başqa iddiaçı 17 mart 2025-ci il tarixdə saat 15:30 radələrindən sonra “Qusar RMX” PHŞ- nin işəgötürəninin icazəsi və xəbəri olmadan iş yerini özbaşına tərk tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etdiyinə görə direktorun inzibati məsələlər üzrə müavini tərəfindən təqdimat hazırlanaraq xx.xx.2025-ci il tarixdə direktora təqdim olunmuşdur. Təqdimata iddiaçının xx.xx.2025-ci il tarixdə iş yerini icazəsiz tərk etməsi, bununla bağlı iddiaçının izahat yazmaqdan imtina etməsi və həmin gün saat 17:55-də onun işə qayıdıbqayıtmaması yoxlanılarkən iş otağında olmamasının aşkar olunması barədə aktlar əlavə olunmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixdə iddiaçının yaşadığı ünvana 18-1-54/3- 391/2025 saylı xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçıya icazəsiz iş yerini tərk edilməsi ilə bağlı izahat verməsi təklif olunsa da, o bundan qəti şəkildə imtina etmişdir. Bütün bunlardan sonra İddiaçı üzürsüz səbəbdən iş yerini tərk etməsi və əmək vəzifələri kobud şəkildə pozulduğu aşkar edildiyindən xx.xx.2025-ci il tarixli təqdimat əsasında Qusar rayon Mərkəzi xəstəxanası X23 Həkim Nəzarət Komissiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı əməli müzakirəyə çıxarılmış və xx.xx.2025-ci il tarixli 7 nömrəli protokol əsasında rəsmiləşdirilmiş və iclasda onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin ç bəndinə əsasən həmin məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi qərara alınmış, həmin protokol Qusar rayonu X12 İttifaqı Şurasına göndərilmiş və SİHT-nin xx.xx.2025-ci il tarixi qərarı ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmkarlar İttifaqı Komitəsinin həmin qərarından sonra, yəni 07 aprel 2025-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası" X23 həmin tarixli, 18-1-54/3-1-442/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra İddiaçı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 X5 müraciət etmiş, həmin şöbə tərəfindən hərtərəfli və tam araşdırma aparılmış və iddiaçı ilə “Qusar RMX” PHŞ arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi, iddiaçının əmək qanunvcriciliynin və müqavilənin müvafiq şərtlərini kobud şəkildə pozduğuna görə “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilərək işdən azad edilmiş, bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı bütün bunları yaxşı bilməsinə baxmayaraq “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbini qərəzçiliklə əsaslandırmağa çalışmış, 2025-ci ilin fevral ayının 28-dən xx.xx.2025-ci il tarixədək yəni 6 ay müddətində təkrar əmək qanunvericiliyini pozmasının üstündən isə sükutla keçmişdir. İddia tələbinə qarşı etirazın əsaslarını təşkil edən etiraza əlavə olunan sənədlərdən aydın görünür ki, iddiaçının "Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüquqi yaranmamışdır və yoxdur. Ona görə də həmin iddianı əsassız və qərəzli iddia hesab edir və ona görə də rədd edilməlidir. Göründüyü kimi yuxarıda göstərdiyi işin faktiki halları etirazın əsaslarını təşkil edən etiraza əlavə etdiyi sənədlərlə tam təsdiqini tapır və sübut olunur. Bunun əksi olaraq iddiaçının iddia ərizəsində tələbinin əsasını təşkil edən qanunsuz olaraq işdən azad edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin əsasını ləşkil edən sübutlarını, yəni onun qanunsuz olaraq işdən azad edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edir iddiaçının “Qusar rayon Mərkəzi Xəstəxanası" PİlŞ-ə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqi əsaslar yoxdur. İddia tələbinin əsassız olduğundan rədd edilməsi etiraza əlavə etdiyi sənədlərlə tam sübut olunur. Ona görə də yuxarıda göstərdiklərini, iddiaçının iddia tələbinin əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını və etiraza əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlardan istifadə edilməsini və onlara düzgün hüquqi qiymət verilməsini, iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, ona birinci töhməti düz verilməyib, onun günahı olmayıb, onu poliklinikaya göndərmişlər, orada İlhamə və Kamil dərmanları oğurladığı müəyyən etmişdir, buna görə o, onlardan şikayət ərizələri yazmışdır. 19 fevral 2025-ci il tarixdə iclas keçirib, iclasda ona xəbərdarlıq olunmuş, buna görə o, izahat yazmış, sonradan isə ona töhmət verilib. O, səhv etməmişdir. Şiddətli töhməti ona aptekə görə verilib, onun günahı yoxdur, avqust ayın 13-də Heydərə və İlhaməyə təhvil-təslim olunub, 03 oktyabrda olub, sonradan o, gedib yoxlamış və Rəhimə təslim etmiş, ona Yusifov Heydər dərmanları göstərməyib, ona nə dərmanlar göstəribsə onları təhvil etmişdir.Onlar üçü birləşib onun üstünə böhtan atib ki, guya o, vaxtı keçmiş dərmanları gizlətmişdir. Əksinə hesabatı ona Heydər gətirir. Ona verilən töhmət, şiddətli töhmət, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində əsasən işdən çıxarması qanunsuzdur, hamısı əsassızdır, mənasız sözlər yazılıb, o da, onlarla razı deyi. O xəstədir. O həmişə hesabatları düzgün aparmışdır. Birinci töhmət 28 fevral 2025-ci il tarixdə verilib. İkinci şiddətli töhmət 13 mart 2025-ci il tarixdə verilib. 13 marta kimi qeyri iş günləri olub. 13 martdan aprelə kimi də qeyri iş günləri olub. Şiddətli töhmətdən məlumatı olmayıb, sonradan məlumatı olub. Onu işdən çıxardandan sonra şikayətlər etmişdir. İki saata görə onu işdən çıxardıblar. X20 və maliyyə şöbə müdiri imza çəkib. O, Zamin müəllimdən icazə alanda direktor işdə yox idi, direktor etiraz etməsi sonradan yazılıb. Evə getməkdə məqsədi təzyiqin və şəkərin qalxması olmuşdur. Xəstəxanadan evə kimi iki kilometr məsafə var. O, şəkər dərmanı üç dəfə qəbul edir, ona aptekdən şəkər dərmanı təkrar vermirlər. O, 07 aprel 2025-ci il tarixdə icazə üçün maliyyə şöbə müdiri Eldar Məhsimova müraciət etmiş, Eldar müəllim imza etmişdir. Onun müdiri Eldar müəllimdir. Onun işi xəstəxanada dərmanların hesabatlarını aparmaqdır. Onu əvəz edən Elmira Ağasiyeva həmin vaxt işdə idi. O, həmin icazə vərəqəsi yazılandan haradasa beş dəqiqə əvvəl müraciət etmişdir. Həmin icazə vərəqi yazılandan sonra Eldar müəllim ona get deyib. Bir saata görə əmək məcəlləsini 70-ci maddəsinin “ç” bəndində əsasən işdən çıxardıb, bu düzgün deyil. O, icazə alan gün axşam işə gəlmişdir, işə gələndə də onu Eldar müəllim görüb, həmin gün 17:20-də o işdə olmuşdur. Onun birinci izahatını cırıb atıblar, o, Fidan xanıma birinci dəfə izahat vermişdir, sonradan yenə ondan izahat alınıb. Onun işə qayıdıb qayıtmamağı onunla işləyən işçilərdən soruşmalı idi, lakin heç birindən soruşmayıb. Onu iclasa dəvət etməyiblər, Eldar müəllim gedib iclasa iclas qurtaranda qayıdıb, onu iclasa heç kim çağırmayıb.Ona verilmiş töhmət və şiddətli töhmət qanunsuzdur, 70-ci maddənin “ç” bəndinə əsasən onun işdən çırarılmasına razı deyil, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, 28 fevralda bir töhmət, 13 martda şiddətli töhmət və 07 apreldə də işdən çıxardıb, göründüyü kimi bunlar bir ay ərzində olub, buradan da görünür ki, iddiaçıya qarşı qərəzli olub. Üç töhmətin arasında iş günləri saysaq heç 10 gün iş günü yoxdur. Mart ayında 5-6 iş günü olub, 28 fevral ayın axırıncı iş günüdür, həmin müddət ərzində də töhmətlərə görə şikayət verə bilməmişdir. Şiddətli töhmət tam əsassızdır, 6-7 ay əvvəl olmuş hadisəyə görə veriblər şiddətli töhmət. Aptekin təhvil-təslimi 03 oktyabr 2024-cü ildə olub, bu məsələ orada həll olunub qurtarmışdı, vaxtı keçmiş dərmanlar haradasa kənarda görünməyən yerdə qalıb. Birinci töhmət veriləndə iş fəaliyyətini yoxlamağa komissiya yaradılıb, bu barədə əmr verilib, iş fəaliyyəti yoxlayıb qurtaranda heç bir yazılı akt yazılmayıb, heç nə tapa bilmədiyinə görə direktor 5-6 öz ətrafda olan adamları yığıb iclas keçirdib iddiaçıya xəbərdarlıq elan edilib. Bütün şöbələrdə yoxlamalar aparıb, bütün şöbələr də aktları tələb ediblər, lakin aktlar olmayıb, onlar aktları tapa bilməmişlər, onlar heç bir şöbəyə akt təqdim etməyib. İzahatı yalan deyib yazdırıb, xəbərdarlıq üçün yaz deyib, iddiaçı da yazıb, aldadıb qol çəkdirib, iddiaçı başa düşməyib xəbərdarlıqdı idarədə olan şeydi, yazmamaqdan yazmaq yaxşıdı düşünüb yazıb. İkinci töhmətdən sonra isə iddiaçı izahatında hər şeyi yazıb, iddiaçı izahatı direktora yazıb. İddiaçı izahatında birinci yalandan xəbərdarlıq edib sonra töhmət yazdığını bildirib. İkinci töhmətdən şikayət etməyib, direktora izahat yazıb. Töhmətdən hara şikayət edilir ki, töhmətdi verilir və keçir. Birinci töhmət heç nəyə görə verilib, onun motivinə baxılsa heç nə görünmür, heç nədən verib. Əmrdə yazılanları təsdiq edən bir akt gətirsin. İkinci şiddətli töhmət 03 oktyabr 2024-cü il tarixdə olan hadisəyə görə verilib. Apteki təhvil təslim edən zaman vaxtı keçmiş dərmanları iddiaçı görməyiblər. Heydər və Yunus apteki təhvil verəndə 5800 manatlıq vaxtı keçmiş dərmanları kənara qoyubmuş, iddiaçı da həmin dərmanları görməyib, iddiaçıya heç dəxli yoxdur, həmin dərmanlara apteki təhvil verən və təhvil alan görməli idi, buna görə iddiaçıya heç nədən şiddətli töhmət verib. Şiddətli töhmətlə bağlı direktora demişdir, bir az müddətdən sonra iddiaçını işdən çıxardıb, sonra da onları məhkəməyə vermişdir. İddiaçını işdən çıxardandan sonra hər yerə şikayətlər olunub, buna görə də direktor öz cəzasını alıb. İkinci töhmət verəndə qanunu pozub verib, apteki təhvil verəndə direktor, mühasib, baş mühasib olub, Əmək Məcəlləsinin 287.2-ci bəndin tələblərini pozub.İddiaçıdan yazılı izahatlar alınıb. Xəta 03 oktyabr 2024-cü ildə baş verib, şiddətli töhmət isə 13 mart 2025-ci il tarixdə verib, düz verməyib, orada müddət bir aydır. Aptek təhvil təslim zamanı vaxtı keçmiş dərmanlar aşkar olunub, bu məsələ maliyyə məsələlərinə aid deyil. Audit yoxdur, cavabdeh tərəf hansı auditdən danışır. Aptek təhvil təslim zamanı vaxtı keçmiş dərmanlar kənarda qalıb, bu barədə köhnə aptek müdiri Heydər Yunusovdan soruşanda səhv özündə olduğunu, görmədiyini, buna görə kənarda qaldığını deyib. Həmin vaxt direktor, baş mühasib, Heydər Yunusov və İlhamə xanım olan yerdə bu məsələ bitib. Sonradan iddiaçını işdən çıxartmaqdan ötrü köhnə məsələləri yenidən qaldırıb iddiaçıya qarşı ediblər. Nə üçün iddiaçıya şiddətli töhmət verilib, o biri işçilərə heç nə etməyib. O, ikinci töhmətə tamamilə etiraz edir, həm əmək məcəlləsinə uyğun deyil, həmin töhmət əmək məcəlləsinin 187.2-ci maddəsini kobud surətdə pozub verib. Həmin maddəyə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin maddənin üçüncü bənd onlara aid deyil, orada yoxlamalar yoxdur, audit yoxdur, heç bir şey olmayan dövrdə əmrlə töhmət verilib, yoxlamanın nəticələri barədə heç nə yoxdur, bir dənə akt gətirsin ki, flan yerdə flan iş görülüb, yoxdur belə akt, yalandan yazıblar hamısı. İddiaçının audit yoxlama aparmağa səlahiyyət yoxdur. Şiddətli töhmətlə tanış olmuşdur, həmin töhməti mübahisələndirmədik, direktora şikayət etmişdir. O vaxt xəstəxanada məcburiyyət altında şöbələrə vaxtı keçmiş dərmanlar paylamışdır, bu barədə olan whatsapp yazışmaları ictimailəşmiş, iddiaçı direktordan o qədər qorxmuşdu ki, şəkər və təzyiq dərmanı almaq üçün acil şöbəsinə getməmişdi, buna görə evə getmək məcburiyyətində qalmışdı. İkinci töhmət 13 mart tarixində verilib, həmin töhmətin verilməsinə səbəb isə 03 oktyabr 2024-cü il tarixdə aşkar olunan hadisə, hesabat verilərkən peyda olmuşdur. Beş aydan sonra həmin məsələni qaldırıb iddiaçıya cəza vermək düzgün deyil, bu da əmək məcəlləsinin 187.2-ci maddənin tələblərini pozur. Üçüncü bəndə aid deyil, üçüncü bəndə ziddir. Əmək məcəlləsinin 187.3-cü maddəsində deyilir-intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz, bu düzdür, ancaq Əmək məcəlləsinin 187.2-ci maddəsində intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər yazılıb, hadisə oktyabr ayın axırında olub, töhmət isə mart ayında verilib. İkinci bəndə görə pozuntu var, həmin töhmət düz verilməyib, ikinci töhmət etibarsız hesab edilsin. Birinci töhmət də düz verilməyib, iddiaçının iş fəaliyyətini yoxlamaq üçün şöbələrdə komissiya yaradılıb, komissiya şöbələrdə yoxlama aparılıb, lakin yoxlamanın nəticələri barədə heç bir akt tərtib olunmayıb, akt yazılmalıdır və töhmətə də həmin akt qoşulmalıdır. Birinci əmrdə dərman hesabatlarını düzgün yoxlanmadığını, dərman qeydiyyat jurnalı aylıq dərman hesabatla uyğun gəlmədiyi, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmadığını yoxlamadığına, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə töhmət verildiyi göstərib. Əmrdə yazılanları təsdiq edən akt yoxdur. Töhmətlər düzgün deyil, iki saat işdə olmadığına görə işdən azad edilməsi də düzgün deyil, iddiaçıya qarşı tam qərəzlilik edib, iddianın təmin edilməsi barədə qətnamə çıxartmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş, etiraz ərizəsini müdafiə etmiş və izahatında bildirmişdir ki, aptekdə audit yoxlamanın aparılmaması, 2024-cü ilin hesabatların dərman və tibbi sərfiyyatı hesabatının aparılmadığından, illik audit aparılmadığından şiddətli töhmət verilib. Zamin Bayramovun icazə vermək səlahiyyəti yoxdur. İşə dair bütün sənədlər elektron formada əlavə olunub, iş üzrə dindirilmiş şahidlər təbii ki, iddiaçını müdafiə edib, 28 fevral və 13 mart əmrlərə aid protokollar əlavə olunub, həmin protokollarda hər şey yazılıb, bundan əlavə 07 aprel 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilib, işə müvafiq aktlar əlavə olunub, iddiaçıya xəbərdarlıq göndərib, gəlib izahat verməyib, izahat verib özünü müdafiə edə bilərdi, təzyiqi qalxdığına işdən getdiyini deyib, iddiaçının təqdim etdiyi sübutlar öz təsdiqini tapmayıb, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi X7 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onun icazə vermək səlahiyyəti yoxdur, icazəni müəssisə rəhbəri verir. Vətəndaş ərizə ilə müraciət edir, etirazı o vaxt verir ki, işçinin işi aparmağında problem olmasın. O, ərizənin aşağısında “etiraz etmirəm” yazır, sonra direktorun yanına aparılır, direktor da etiraz etməsə ərizə insan resursları şöbəsinə göndərilir sonra icazə verilir. İddiaçının icazə istəyən vaxtı Kamil həkimin vaxtında saatlıq icazə vərəqəsi var idi. Həmin vərəqədə iddiaçının dediyi kimi onun və baş mühasib Eldar Məhsimovun razılıq imzaları olub yəni etiraz etmir deyənə, lakin həmin vərəqəyə Kamil doktor icazə vermir deyənə dərkənar qoyub. Elmira Ağasiyeva hazırda işləyir, iddiaçı 17 mart 2025-ci il tarixdə icazə istəyib, iddiaçı həmin gün işdə olmadığına görə əmək müqaviləsinə xitam verilib. Elmira Ağasiyeva hesabatlıq şöbəsinin mütəxəssisi işləyir, Hafizə xanım işdə olmadığı vaxtda onun işini Elmira Ağasiyeva görə onu əvəz edə bilər. Əvvəllər Elmira iddiaçının əvəz etdiyini görməmişdir. Bölmə müdiri kimi iddiaçının işini Elmira Ağasiyeva görə bilməz, amma icazə alıb bir iki saat getsə onun funksiyasını yerinə yetirə bilir. Əgər Elmira iddiaçının işin görərsə xəstəxananın iş rejimi pozulmaz. İcazə vərəqədən görünür ki, müraciət edən İddiaçıdır, vəzifəsi hesabatlıq bölməsinin müdiri, icazə müddəti 17 mart 2025-ci il tarixdə bir saat yəni 15:30-dan 16:30-a kimi, ailə vəziyyəti ilə əlaqədardır, əvəz edəcək personal da Elmira Ağasiyevadır. İcazə istəyən, şöbə müdiri Eldar Məhsimov, onun imzası və inzibati məsələlər üzrə müavin yəni o və onun imzası var.Bu sənəd prosesi asanlaşdırmaq üçün xəstəxana daxilində hazırlanmış biz sənəddir, bu sənəd bu formada yazılır və direktora təqdim olunur, direktor icazə versə vətəndaş gedə bilər. İddiaçı bu sənəd yazılandan nə qədər əvvəl müraciət etdiyini bilmir. İddiaçı ona da müraciət edib, icazə almağından xəbəri olub. O, iddiaçıya icazə verə bilməz, hər bir şeyi təsdiq edən müəssisə rəhbəridir. Onun etiraz etməməyi, iddiaçı getdiyi halda onun yerində kiminsə olmağınadır. İddiaçıya getməyə nə o, nə də Eldar müəllim icazə verə bilməz. Hesabat şöbəsi struktur baxımından maliyyə şöbəsini tabeliyindədir. İddiaçının rəhbəri Eldar müəllimdir, Kamil həkimə müraciət etməmişdən qabaq Eldar müəllimə müraciət olunur. O, bu ilin mart ayının üçündən xəstəxanada işləyir. 17 mart tarixdə TƏBİB-in apardığı monitoringə görə daxili nizam intizam komissiyasının iclası keçirilmişdir. Həmin iclasda iddiaçı iştirak etmədiyinə görə işdə olmadığı müəyyən olunmuşdur. Həmin iclas saat 16:00-da başlayıb saat 19:30-da bitib. Həmin gün iclasa fasilə vaxtında iddiaçının işdə olub olmaması yoxlanıb, iddiaçı işə qayıtmamış və bu barədə akt tərtib olunub. Qeyd etdiyi kimi həmin gün həkim nəzarət komissiyasının iclası gedirdi, iddiaçı həmin gün iclasda olmalı idi, həmin iclasda mühakimə olunan şəxslərdən biri elə Hafizə xanım idi. Həmin iclasda bütün maliyyə şöbəsi iclas idi, iddiaçı da faktiki iclasa dəvət olunanlardan biri idi, əgər işə gəlmişdirsə niyə iclasa gəlməyib. Hafizə xanımı işdən çıxan gün o, ona “gəl ərizəni yaz özün işdən çıx” demişdir, Hafizə xanım da məsləhətləşib deyəcəyini demiş və gəlib 70-ci maddəsinin “ç” ilə işdən çıxarılmasını istəyib. Məhkəmədən iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 2011-ci ildən Hafızə xanımla işləmişdir. Hafizə iş vaxtında həmişə məsuliyyətli olub, işə vicdanla yanaşıb. Ona heç vaxt rəhbərlik tərəfindən irad bildirməyib, həmişə nizam intizamlı olub, öz işində nöqsan görməmişdir. 17 mart tarixdə başqa bir iclas var idi, həmin iclasa Hafizə xanım dəvətli deyildi. O, iddiaçının müdiri olmuşdur. Xəstəxanada müvəqqəti icazə istəyənlər üçün qayda yaradılmışdı, rəhbərliyin adına yazılı sürətdə müraciət yazılır, həmin müraciətə direktorun müavini, baş həkim, inzibati işlər üzrə müavin, kadrlar şöbəsi həm də maliyyə şöbəsi imza atmalıdır, tək Hafizə xanım üçün deyil, bütün işçilər üçün belə qayda var. Həmin günü da Hafizə ona yaxınlaşaraq getmək istədiyini bildirmiş və yazılı həmin sənədi gətirmişdir. Elmira Ağasiyev da həmin şöbədə işləyir, Hafizə xanım olmasa onun işini Elmira yerinə yetirə bilər, o da mühasibdir. O, işdən azad olunmuşdur, öz xahişilə bağlı işdən azad olunmuşdur. 17 martda keçirilmiş iclasda ona hər hansı intizam tənbehi verilməyib, o, protokolda çox şey yazıla bilər, o, düzgün deyil. Ona yazılı xəbərdarlıq necə yazıblar ki, o həmin iclasda olduğu halda ona xəbərdarlıq necə yazıla bilər, onlar hamısı uydurmalardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki,iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 11 il Hafizə xanımla bir yerdə işləmişdir. O, dörd il anbar müdiri, altı il də anbardar işləmişdir. Sonuncu dəfə məhkəmə qərarına əsasən o, işə bərpa olunmuşdur. Həmin təhvil təslim zamanı Hafizə xanım iştirak edib, ondan başqa əməkdaşlar da var idi, həmin vaxt anbarda oğurluq olunmuşdur. Necə ona qarşı haqsızlıq olunmuşdursa Hafizə xanıma da o cür haqsızlıq olundu. O, hazırda işləmir, işləməyə qoymadılar. Hafizə xanıma töhmət verilən iclasda iştirak etməmişdir. Hafizə xanım ona müraciət edib dedi ki, “sənin də köməyinə ehtiyacım var”, bütün xəstəxananın işçilərinə qarşı haqsızlıq olunub. Bu vaxta kimi o, Hafizə xanımdan qanunsuz iş görməmişdir. Məhkəmənin qərarı ilə o işə bərpa olunmuş, onu işə bərpa etməmişlər, onun yerinə başqa şəxsi qoymuşlar.Hafizə xanıma töhmət verməkdən xəbəri olmayıb, iclasda o, iştirak etməmişdir. O, icazə almamış, yarım saat icazə istəyəndə şöbə müdirinə deyirdi və gedirdi, bir gün icazə istəyəndə ərizə yazırdı. Kamil həkimin dövründə o, icazə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 20 ilə yaxın işləyir, hər ay mühasibatlığa hesabat verir. 2025-ci ili may ayından Quba regional vərəm şöbəsində işləyir. Hər ayın birindən üçünə kimi onları çağırırdı, onların qırmızı kitabları var, həmin kitabları aparıb dərmanları müqayisə edirdilər. O. iclasda iştirak etmiş, həmin vaxt Hafizə xanıma xəbərdarlıq olunub, töhmət verilməyib. Sonra eşitmişdir ki, töhmət verilib. Şöbələrin yoxlanması barədə komissiyanın aktları onlara da verilməyib. O, Kamil həkimdən narazı olmuşdur, ondan bir başa Cənab Prezidentə də yazmışdır. 28 fevralda keçirilən iclasda onun məsələsi müzakirə olunmayıb, ona xəbərdarlıq elan olunmayıb, ona görə ayrı iclas qurulmuşdu. O, həmin iclasda iştirak etmişdir, ondan başqa tibb bacıları da var idi, onlar qabaqda oturmuşdurlar, neçə nəfər idisə xatırlamır, 4-5 nəfər olardı. Həkim nəzarət komissiyasının iclasına böyük tibb bacıları niyə çağırdıqlarını bilmir. Həmin iclasda ona xəbərdarlıq etməsindən xəbəri yoxdur, o protokolda düz yazmayıb. İşə baxıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli 18-1-54/3-1- 304/2025 saylı "Qusar Rayon Mərkəzi Xəstəxanası" X21 Əmrindən görünür ki, “Qusar RMX” PHŞ-in Hesabatlıq bölməsinin müdiri İddiaçı dərman hesabatlarını düzgün yoxlanılmadığına, dərman qeydiyyatı jurnalı aylıq dərman hesabatla uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmadığını yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə sonuncu xəbərdarlıq olunmaqla Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş 13 mart 2025-ci il tarixli 18-1-54/3-1-375/2025 saylı "Qusar Rayon Mərkəzi Xəstəxanası" X21 Əmrindən görünür ki, “Qusar RMX” PHŞ-in Hesabatlıq bölməsinin müdiri İddiaçı Laboratoriya və Aptek bölməsində audit aparmadığına görə, təhvil-təslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatın hesabatını aparmadığına görə, faktiki dərmanları yerində saymadığına və artıq əksik gələn dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə, hesabatlıq bölməsində bölmə müdiri vəzifəsinin məsuliyyətini anlayıb işlərini bu günə qədər düzgün qurmadığına görə sonuncu xəbərdarlıq olunmaqla Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı izahatından görünür ki, 16 mart 2025-ci il tarixində iclasda ona elan edilmiş şiddətli töhmətlə əlaqədar bildirmişdir ki, faktiki olaraq heç bir nöqsanı qeyd edilmədiyi üçün bu töhmətin verilməsinə etiraz etmişdir. İş materialların əlavə edilmiş xx.xx.2025-ci il tarixli İddiaçı izahatından görünür ki,xx.xx.2025-ci il tarixində 15:30-dan onun təzyiq və şəkər dərmanlar almaq üçün evə getmiş və 17:20-də iş yerində olmuşdur. Bunun üçün xəstəxanaya müraciət edə bilərdi, təəssüf ki, acil və terapiya şöbələrində vaxtı keçmiş dərmanlarından istifadə etdiyinə görə ehtiyyat edərək gedə bilməmişdir. İş materiallarına əlavə edilmiş 01 aprel 2025-ci il tarixli 18-1-54/3-1-391/2025 saylı "Qusar Rayon Mərkəzi Xəstəxanası" X21 İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində 15:30-dan sonra icazə almadan iş yerini qanunsuz şəkildə tərk etmişdir, iş yerini tərk etməyi səbəbi aydınlaşdırmaq məqsədilə ondan izahat tələb olunmuşdur. Lakin, İddiaçı izahat verməkdən imtina etmiş, iş yerini qanunsuz tərk etməyi barədə bir gün ərzində izahat verməyi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 aprel 2025-ci il tarixli 18-1-54/3-1-442/2025 saylı "Qusar Rayon Mərkəzi Xəstəxanası" X21 İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrindən görünür ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xxxxxxx000109 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (72-ci maddəsinin “ə" bəndi - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) işçi İddiaçı tərəfindən əmək funksiyasının və vəzifə öhdəliklərinin dəfələrlə pozulması səbəbindən xitam verilsin. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin. Əsas: İddiaçı işə qayıtmaması barədə AKT, özbaşına iş yerini tərk etdiyi barədə AKT, saatlıq icazə vərəqəsi, direktorun inzibati məsələlər üzrə müavini Zamin Bayramovun xx.xx.2025-ci il tarixli təqdimatı, HNK-nın xx.xx.2025-ci il tarixli iclasının 7 nömrəli protokolu və Qusar SİHİ-na ünvanlanmış xx.xx.2025-ci il tarixli HNK-nın xx.xx.2025-ci il tarixli 7 nömrəli protokolun müzakirəsi (protokol nömrə 2) .İddiaçı verilmiş xx.xx.2025- ci il tarixli 18-1-54/3-1-304/2025 saylı töhmət əmri və xx.xx.2025-ci il tarixli 18-1 -54/3-1 - 375/2025 saylı şiddətli töhmət əmri. İş materiallarına əlavə edilmiş Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A. Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etmiş və saat 15:30-dan sonra işdə olmamışdır. İş materiallarına əlavə edilmiş Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A.Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində Qusar RMX PHŞ-in direktorun icazəsi olmadan xəstəxanadan getmiş, saat 17:55-də işə qayıdıb-qayıtmaması barədə yoxlama keçirən zaman İddiaçı iş otağında olmadığı və işə qayıtmadığı aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A. Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etdiyi barəsində izahat yazmaqdan imtina etmişdir. Göründüyü kimi, cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X27 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun tərəfindən əmək funksiyasının və vəzifə öhdəliklərinin dəfələrlə pozulması əsası ilə xitam verilmişdir. Belə ki, cavabdeh"Qusar Rayon Mərkəzi Xəstəxanası" X27 tərəfindən İddiaçı dərman hesabatlarını düzgün yoxlanılmadığına, dərman qeydiyyatı jurnalı aylıq dərman hesabatla uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmadığını yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə 28 fevral 2025-ci il tarixdə töhmət, Laboratoriya və Aptek bölməsində audit aparmadığına görə, təhvil-təslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatın hesabatını aparmadığına görə, faktiki dərmanları yerində saymadığına və artıq əksik gələn dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə, hesabatlıq bölməsində bölmə müdiri vəzifəsinin məsuliyyətini anlayıb işlərini düzgün qurmadığına görə isə 13 mart 2025-ci il tarixdə şiddətli töhmət verilmişdir. Bundan sonra iddiaçı 17 mart 2025-ci il tarixdə saat 15:30-dan sonra iş yerində olmadığına görə cavabdeh şəxs hesab etmişdir ki, iddiaçı əvvəllər onun barəsində tətbiq edilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyalarını pozmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh"Qusar Rayon Mərkəzi Xəstəxanası" X27 iddiaçının iş yerini müəyyən müddət ərzində, yəni saat 15-30 dan sonra tərk etməsini onun əmək funksiyalarını təkrar pozması kimi qiymətləndirməsi qanuni və əsaslı, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; Əmək Məcəlləsinin 72-ci maddəsinin a) və ə) bəndlərinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, Əmək Məcəlləsində işçinin iş və istirahət vaxtları ilə əmək funksiyası əmək müqaviləsinin məzmununun ayrı-ayrı tərkib hissələri kimi nəzərdə tutulmuş, eyni zamanda əmək vəzifələrinin pozulması ilə əmək funksiyalarının pozulması hallarıda fərqləndirilmişdir. Belə ki, həmin Məcəllənin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dəqiq siyahısı nəzərdə tutulmuşdur. Həmin hallara işçinin bütün iş günü işə gəlməməsi (72-ci maddənin a) bəndi) nəzərdə tutulduğu halda, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (72-ci maddənin ə) bəndi) və digər hallar aiddir. Belə olan halda, işçinin bütün günü iş yerinə gəlməməsi onun tərəfindən əmək funksiyasının deyil, məhz əmək vəzifəsinin pozulması halıdır. Bundan başqa, Əmək Məcəlləsinin 72-ci maddəsinin ə) bəndinin mənasına görə işçinin sonuncu hərəkətləri ilə barəsində tətbiq edilmiş intizam tədbirinin tətbiq edilməsinə səbəb olmuş hərəkətlər arasında qarşılıqlı əlaqə mövcud olmalıdır. Başqa sözlə, işçi intizam tənbehi verildikdən sonra 6 ay ərzində yenidən intizam tənbehi tətbiq edilməsinə səbəb olmuş əmək funksiyasını təkrar pozmalıdır. Lakin, qeyd olunduğu kimi İddiaçı sonuncu hərəkəti əmək funksiyasının pozulması ilə müşayiət olunmamış, o, əmək funksiyasının məzmumuna uyğun yerinə yetirməli olduğu işlərin həyata keçirilməsi istiqamətində hər hansı pozuntulara yol verməmişdir.Ona görə də, iddiaçının iş yerini tərk etməsi onun tərəfindən yenidən əmək funksiyalarını pozması halı kimi qiymətləndirilməsi qanuni və əsaslı olmamışdır. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı 17 mart 2025-ci il tarixdə bütün iş günü deyil, saat 15:30-dan sonra iş yerini tərk etmişdir. Ona görə də, iddiaçının iş yerini saat 15:30-dan sonra tərk etməsi onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması kimi də qiymətləndirilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı iş yerini tərk etməsi ilə bağlı həm öz şöbə rəisinə, həm xəstəxanın direktor müavininə yazılı qaydada müraciət etmişdir. Görünüdüyü kimi, iddiaçı bir başa heç kimə demədən heç kimi məlumatlandırmadan iş yerini tərk etməmiş, işdə olmadığı müddətdə isə onu əvəzləyəcək şəxsin adını və soyadını belə yazmışdır. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi X7 da izahatında bildirmişdir ki, Hafizə xanım işdə olmadığı vaxtda onun işini Elmira Ağasiyeva görə onu əvəz edə bilər. İcazə alıb bir iki saat getsə onun funksiyasını yerinə yetirə bilir. Əgər Elmira iddiaçının işin görərsə xəstəxananın iş rejimi pozulmaz. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 etibarnamə üzrə nümayəndəsi X7 da izahatında bildirmişdir ki, Hafizə xanımı işdən çıxan gün o, ona “gəl ərizəni yaz özün işdən çıx” demişdir, Hafizə xanım da məsləhətləşib deyəcəyini demiş və gəlib 70-ci maddəsinin “ç” ilə işdən çıxarılmasını istəyib. Məhkəmə qeyd etmək istəyir ki, işçinin işə qəbulu və işdən azad edilməsi işəgötürən tərəfindən həll edilir. X4 izahatından görünür ki, iddiaçıya təzyiq olunmuş və ona qərəzli münasibət bəslənmişdir. Belə ki, iş materiallarında olan Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A. Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etmiş və saat 15:30-dan sonra işdə olmamışdır. Məhkəmə bu akta tənqidi yanaşır. Belə ki, iddiaçının göstərilən tarixdə işdə olmaması ilə bağlı iddiaçının öz işlədiyi şöbənin əməkdaşları tərəfindən deyil, digər əməkdaşlar tərəfindən tərtib edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qərəzli şəkildə iş heç kimə məlumat vermədən iş yerini tərk etməmişdir. İddiaçının göstərilən vaxtda iş yerində olmaması müəssəsisənin əmək fəaliyyətinin pozulmasına səbəb olmamışdır. Belə olan halda, “Qusar RMX” PHŞ-in iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz və əsassız olmuş və iddiaçının həmin əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə işə bərpa olunması tələbi əsaslıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə iddiaçının mənəvi zərər tələbini əsassız hesab edir. Məhkəmə, iş materiallarının tədqiqinə əsaslanaraq cavabdeh tərəfin etiraz ərizəsini əsassız hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Qusar rayon Mərkəzi Xəstəxanası” X23 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli № 18-1- 54/3- 1-442 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Qusar rayon Mərkəzi Xəstəxanası” X23 Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilməli, qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. “Qusar rayon Mərkəzi Xəstəxanası” X23 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli № 18-1-54/3- 1-442 saylı əmri ləğv edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Qusar rayon Mərkəzi Xəstəxanası” X23 Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-724/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-724/2025
14.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver