Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-920/2021 29.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 26 dekabr 1970-ci il tarixdə Qusar şəhərində anadan olmuş X1 20 may 1971-ci il tarixdə Qusar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 26 oktyabr 1965-cı il tarixdə nikahı rəsmi qeyd etdirərək X6 ilə ailə qurmuşdur, nikahları 26 oktyabr 1965-ci il tarixdə 55 nömrə ilə rəsmi qeyd edilərək A3-201144 saylı Şəhadətnamə verilmişdir. Həmin nikahdan 26 dekabr 1970-ci il tarixdə X4 adlı uşağı olmuş, doğum akt qeydi kitablarında 31 dekabr 1970-ci il tarixdə 331 nömrə ilə qeyd edilmişdir. 26 dekabr 1970-ci il təvəllüdlü X4 adlı uşaq cəmi 5(beş) ay yaşamış, 20 may 1971-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər qəbristanlığında dəfn olunmuşdur. X1 ölümü Qeydiyyat şöbəsində rəsmi qeydə alınmamışdır. Bü xüsusat Maraqlı şəxs 09 iyul 2021-ci il tarixli 570 saylı arayışı ilə təsdiqlənir. Uşağın X2 07 iyun 1989-cu il tarixdə vəfat etmiş, onun ölümü qeyd kitablarında 08 iyun 1989-cu il tarixdə 40 nömrə ilə rəsmiləşdirilmiş, İİİ ЖГ-482086 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. 26 dekabr 1970-ci il təvəllüdlü X1 Qusar şəhərində ölməsi və Qusar şəhər qəbiristanlığında dəfn olunması 2 ədəd fotoşəkillərlə, 12 may 2021-ci il tarixli Aktla və 09 iyul 2021-ci il tarixli 571 saylı arayışla təsdiqlənir. Ölüm faktını şahidlər Qusar şəhər sakinləri X3 və X8 da təsdiqləyə bilər, şahidlərin məhkəmədə iştirakına təminat verir. 2021-ci ilin iyul ayında Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X1 ölümünün qeydə alınmasını, onun adına ölüm haqqında Şəhadətnamə verilməsini xahiş etmiş, həmin Şöbənin 09.07.2021-ci il tarixli 05/Q-140/15 saylı məktubu ilə ölümün qeydə alınmasından imtina edilmiş, X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək ərizəni müdafiə etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə əriəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 08.07.2021-ci il tarixli 013451 nömrəli arayışdan görünür ki, X4 26 dekabr 1970-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1947-ci ildə Qusar rayonu Çiləgir kəndində anadan olmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli 571 saylı arayışdan görünür ki, X4 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 05/Q-140/15 saylı məktubdan görünür ki, X1 ölümünün qeydə alınması barədə X5 müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də, ərizəçinin qızı X4 20 may 1971-ci il tarixdə Qusar şəhərində ölmüş və Qusar şəhər qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qızı X1 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət olunmuş, lakin müvafiq sənədlər təqdim edilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 26 dekabr 1970-ci il tarixdə Qusar şəhərində anadan olmuş X1 20 may 1971-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 26 dekabr 1970-ci il tarixdə Qusar şəhərində anadan olmuş X1 20 may 1971-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-920/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-920/2021
29.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver