Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-122/2021 27.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: İddiaçı MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X18 Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktından adın çıxarılması barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ona və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktından X4 adının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, ona və ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktına əsasən 7.59 ha pay torpaq sahəsi verilmişdir. Lakin həmin Dövlət aktında X1 daha bir ailə üzvü qeyd edilmişdir ki, bu adda şəxs onun ailə üzvü olmamışdır. Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktında X4 adı yazıldığından o, torpaq sahələrinə dair hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, ona və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktından X4 adının çıxarılması barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X13 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 460859 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxx 2011-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon X6 xx xxxx 1998-ci il tarixli 04 saylı qərarına əsasən İddiaçı, X7, X3, X2 və X4 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 7.59 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Çölquşçu İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 280 saylı arayışdan görünür ki, X3 ailə tərkibi – həyat yoldaşı X5, qızı-X10, oğlu – X8. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasənTorpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktından X4 adı çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İddiaçı və ailə üzvlərinə pay torpağı verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN:00xx xxx 30409028 saylı Dövlət aktından X4 adı çıxarılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-122/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-122/2021
27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver