Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-124/2021 10.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq ona dəymiş 1800 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, 2018-ci ildə övladları üçün ev tikmək ilə əlaqədar ucuz tikinti materialları tapmaq istədiyinə görə, bu iş ilə məşğul olan adamlar barədə maraqlanmış və 2018-ci ilin mart ayında Bakı şəhərində Cavabdeh (cavabdeh) ilə görüşmüşdür. Cavabdeh onu tanıdığını bildirərək, onunla qucaqlaşıb görüşmüşdür və Şabran rayonundan olduğunu bildirmişdir. O, bundan sonra ürəklənərək, cavabdeh ilə səmimi münasibət saxlamışdır. Cavabdeh ona ucuz taxta materialların təşkil edəcəyini bildirmişdir. O, da həmin vaxt cavabdehə 1200 manat pul verərək ondan taxta materiallar almışdır. Cavbdehdən materialı alan vaxt o ona bildirdiki taxta 6-7 kub.m həcmindədi, o, da materialı evakuatora yükləyib Şabran rayonuna gətirmişdir. Növbəti gün aldığı matarialın həcmin ölçdükdə ona məlum olduki, cavabdeh ona cəmi 4 kub.metr taxta satıb. O, cavabdeh ilə əlaqə saxlamış, cavabdeh ona bildirdiki narahat olmasın, növbəti alış-verişdə ona borclu qaldığı materiala görə kompensasiya edəcək. Bir müddət sonra cavabdeh ona zəng edərək, naxışlı qapıların olduğunu bildirmişdir və telefon ilə ona bildirmişdirki, ona alış-veriş pulunu poçt vasitəsi ilə göndərsin. O, poçt vasitəsi ilə cavabdehə, xx.xx.2018-ci il tarixində 500 manat, xx.xx.2018-ci iltarixində 100 manat, xx.xx.2018-ci il tarixində 500 manat pul göndərmişdir. Təxminən 15 gündən sonra cavabdeh evakuator ilə ona 3 kub.metr taxta gətirmişdir və onlar cavabdehlə əvvəllər ödədiyi 1200 manata görə borclu qalmadığları razılaşmışlar və ona hələ poçt vasitəsi ilə göndərdiyi pullara görə borclu olduğunu bildirmişdir. Elə həmin gün onlar birlikdə Şabran şəhərində yerləşən "Bəy" kafesində əyləşib çay içən zaman ona bildirdiki, ucuz və keyfiyyətli qapı pəncərə var, indidən almaq sərf edir. O, ona nə qədər pul lazım olduğunu soruşduqda, o, ona 700 manat pulun lazım olduğunu bildirdi. O, qonşu Fəqandan 700 manat pul alaraq, elə qonşunun yanında ona vermişdir. Uzun müddət ona hər hansı bir material göndərmədiyinə və pulunu qaytarmadığına görə, dəfələrlə ondan tələb etməyinə baxmayaraq, o, Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir. Şabran rayon Pols Şöbəsinin Qərarına əsasən, onun müraciəti mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Xahiş edir, ona dəymiş 1800 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq, ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Ömər Rzayevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, vət. X1 102 məlumatı ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş poçt qəbzlərindən görünür ki, İddiaçı xx xxx 2018-ci il tarixdə X3 500 manat, xx xxxx 2018-ci il tarixdə X2 100 manat, xx xxxx 2018-ci il tarixdə X3 500 manat məbləğində pul ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 16. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252,253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1800 manat maddi ziyan və ödədiyi 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-124/2021
Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-124/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver