Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-129/2021 27.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi M/TƏRƏF: Şabran rayon Notariat Ofisi Mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiasına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, mərhum X10 qaynatası, X11 isə həyat yoldaşı olmuşdur. Onlar vəfat etmişlər, onlardan qalan əmlaka vərəsəliklə sahib olmaq istəyir. Lakin vərəsəliyin qəbul edilməsi müddəti keçdiyindən sənədlərini qəbul etmirlər. Ona görə də hazırda mirasın qəbul etməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Xahiş edir, onun mirasın qəbul edilməsi müddətinin üzürlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 5/3188 saylı arayışdan görünür ki, 5 saylı Xaçmaz ərazi idarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İşə əlavə edilmiş X6, X7, X8, X9, X2 və X1 ərizələrindən görünür ki, miras əmlakdan onlara çatası payı faktiki qəbul etməmişlər və qəbul etmək fikrində deyillər. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyətləri yoxdur. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən X3 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 62 saylı məktubdan görünür ki, xx.xx.1990-cı ildə vəfat etmiş X4 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən Ərizəçi oğluna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 63 saylı məktubdan görünür ki, xx.xx.2019-cu ildə vəfat etmiş X5 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasən Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, miras daşınmaz əmlak Ərizəçi istifadəsindədir. Lakin qaynatası və həyat yoldaşı öləndən sonra vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Bu səbəbdən qaynatasından və həyat yoldaşından miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Həyat yoldaşının vərəsəsi kimi vərəsəliyin qəbul edilməsi üçün Şabran rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1. maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mirasın qəbul edilməsi müddəti üzürlü hesab edilməklə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mirasın qəbul edilməsi müddəti üzürlü hesab edilməklə uzadılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-129/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-129/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver