Məhkəmə qərarları › İş №2(031)-159/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-159/2021

12.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-159/2021 12.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası X2 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X4 atasıdır. Atası xx.xx.1993-cü ildə Şabran rayonu, Beynəlmiləl kəndində qara ciyər serrozundan vəfat etmişdir. Vəsiyyətinə əsasən Göyçay rayon, Ləkçıplaq kəndində dəfn edilmişdir. Vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, atası X2 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X9 bildirdilər ki, həqiqətən də, X2 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etmişdir. Vəsiyyətinə əsasən Göyçay rayon, Ləkçıplaq kəndində dəfn edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixdə verilmiş 053143 saylı Vəsiqədən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 seriyalı 205402 saylı arayışdan görünür ki, Ərizəçi ümumi xəstəlikdən birinci qrup əlildir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X6 ilə Məhərrəmova Bikə Əlövsət qızının birgə nikahlarından xx xxxxxx 1971-ci ildə İmran adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 57 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, X6 ilə Məhərrəmova Bikə Əlövsət qızı xx xxxxxx 1962-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 000324 saylı arayışdan görünür ki, Məhərrəmova Bikə Əlövsət qızı xx xxxx 2000-ci ildə ölmüşdür. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X3 xx xxxxxx 1993cü il tarixində Dəvəçi rayon Beynəlmiləl kəndində qaraciyər serirozundan vəfat etmişdir. Öz vəsiyyətinə əsasən Göyçay rayon Ləkçıplaq kəndində dəfn edilmişdir. Aktın doğruluğunu Ərizəçi, T.Şükürov, M.İskəndərov, C.İbrahimov, E.Sultanova, A.Dadaşov, G.Rzayev, H.Qurbanov, A.Məstanov öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X5 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edildi. X2 xx.xx.1993-cü ildə Dəvəçi rayonu, Beynəlmiləl kəndində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar