Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-173/2024 05.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı Vəlı̇ yeva Punan Xançoban qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və ödənilməmiş qalmış işıq və qaz borclarının bölünməsi" tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və ödənilməmiş qalmış işıq və qaz borclarının bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayonu Məhkəməsi tərəfindən işə baxılıb İddiaçı adına qaz və işıq borclarını Cavabdeh tərəfindən borcun 1/2 hissəsini ödənilməsi və Cavabdeh adına 12 ha (sot) torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasımda iştirakını təmin etməmiş, hansı səbəbdnə məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə iş üzrə hazırlıq iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddia tələbinin birinci hissəsi üzrə (birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin bölünməsi) eyni tərəflər arasında eyni mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamə olduğundan, bununla yanaşı hazırki iş üzrə iddia tələbinin ikinci hissəsi üzrə (ödənilməmiş qalmış işıq və qaz borclarının bölünməsi) isə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 208 ünvanında qeydiyyatda olan Cavabdeh rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)- 653/2020-008 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X2 qarşı birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair ilk iddia, X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə olunan əmlakın bölünməsi tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməyə əsasən ilkin iddianın təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlt reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən X1 adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evi paylara bölünərək ilk iddia üzrə iddiaçı Cavabdeh payı 1/2 hissə olaraq müəyyən edilməsi və həmin evin Cavabdeh aid 1/2 hissəsi cavabdeh X1 qanunsuz sahibliyindən Cavabdeh geri qaytarılması, həmçinin qarşılıqlı iddia qismən təmin edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli çıxarışa əsasən X1 adına qeydə alınmış Şabran rayonu, Kilvar kəndində yerləşən fərdi yaşayış evinə qarşılıqlı iddia üzrə iddiaçı X1 payı 1/2 hissə olaraq müəyyən edilməsi, Cavabdeh mülkiyyətində olan, ** CF ***i/o dövlət qeydiyyat nişanlı, Sedan tipli, 2002-ci il buraxlışlı, mühərrik nömrəsi ******* olan, ban nömrəsi XTA**********9938 olan VAZ-21099 minik markalı avtomobil üzrə X1 payı 1/2 hissə olaraq müəyyən edilməsi və qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bununla yanaşı Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(031)- 375/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində istifadə hüququnun tanınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmçinin CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, o, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 208 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və ödənilməmiş qalmış işıq və qaz borclarının bölünməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi **********) ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-173/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-173/2024
05.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver