Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-183/2021 24.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1906-cı il təvəllüdlü X1 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X4 onun qaynanası olmuşdur. Qaynanası 1989-cu ilin yanvar ayının 1-i Şabran rayonu, Xırdaoymaq kəndində vəfat etmiş və Xaçmaz rayon qəbristanlığında dəfn edilmişdir. Qaynanası vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Qaynanası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, xx.xx.1906-cı il təvəllüdlü X1 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbanov Mehti Abigül oğlu və X2 bildirdilər ki, X4 onların həmkədlisi olmuşdur. Həqiqətən də, X1 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində vəfat etmiş və Xaçmaz rayon qəbristanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş qəbr daşının foto şəklindən görünür ki, 1906-cı il təvəllüdlü X1 1989-cu ildə vəfat etmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, X3 ilə X9 xx xxxxxxx 1969-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 xx xxx 2003-cü ildə ölmüşdür. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 61 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, həqiqətən X4 1989-cu ilin yanvar ayının 1 Şabran rayonunun Xırdaoymaq kəndində dünyasını dəyişib və Xaçmaz rayon qəbristanlığında dəfn olunub. Aktın doğruluğunu S.Aslanov, N.Aslanov və M.Qurbanov öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X4 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi qaynanası X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1906-cı il təvəllüdlü X1 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edildi. xx.xx.1906-cı il təvəllüdlü X1 1989-cu il yanvar ayının 1-də Şabran rayonu Xırdaoymaq kəndində ölməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-183/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-183/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver