Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-185/2021 24.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X18 MARAQLİ TƏRƏF: Maraqlı şəxs1 Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5104A KOD 30401004 saylı şəhadətnamədə X1 adı səhvən yazıldığından həmin hüquqmüəyyənedici sənədin yalnız ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, Ərizəçi vərəsəlik hüquqlarını rəsmiləşdirmək istəyir. Lakin JN5104A KOD 30401004 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə səhvən X1 adı yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Səidə onun qardaşı Əmri Nağdıyevin arvadıdır, onların özlərinin həyətyanı torpaq sahəsi vardır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5104A KOD 30401004 saylı şəhadətnamədə X1 adı səhvən yazıldığından həmin hüquqmüəyyənedici sənədin yalnız ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəflər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X15 nümayəndəsi və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdirlər. Məhkəmə maraqlı tərəflərin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, X14 ilə Maraqlı şəxs1 xx xxx 1980-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2013cü il tarixli arayışdan görünür ki, X10 ilə X4 birgə nikahlarından xx xxxx 1955-ci ildə Əmri adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İİ seriyalı 062102 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx xxxx 2017-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5104A KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 tərəifndən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən Ərizəçi və X1 mülkiyyətinə 0.04 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Maraqlı şəxs1 Şabran şəhəri, 20 yanvar küçəsi 36 saylı evdə yaşayır. İşə əlavə edilmiş Şabran rayon İHB-nın Şabran şəhər üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 1189 saylı arayışdan görünür ki, Nağdıyev X8 şəhəri, 20 yanvar küçəsi 36 A saylı evdə həyat yoldaşı X3 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5105A KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 tərəifndən verilmiş xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən X6, X7 və X2 mülkiyyətinə 0.05 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X18 tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli **********90 saylı məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 5104A KOD 30401004 saylı Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 5104A KOD 30401004 saylı Şəhadətnamədə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə səhvən X1 adı yazılmışdır, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5104A KOD 30401004 saylı Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-5104A KOD 30401004 saylı Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-185/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-185/2021
24.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver