Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-27/2021 07.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Aliment tələbi barədə mülki işə 07 may 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh hər ayda 160 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan 21.03.2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 07.03.2019-cu ildə rəsmiləşdirmişlər. Ərarvad münasibətlərindən 21.03.2019-cu ildə Lalə adlı uşaqları olmuşdur. Cavabdeh ailəyə uşağa baxmır, maddi köməklik etmir. Bu səbəbdən xasiyyətləri uyğun gəlməmiş və onlar ayrılmışlar. Uşağın saxlanması üçün aliment müəyyən edilməsi barədə iddia qaldırmışdır. Xahiş edir, Cavabdeh hər ayda 160 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahdan 21.03.2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, İddiaçı ilə əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 07.03.2019-cu ildə rəsmiləşdirmişlər. Ərarvad münasibətlərindən 21.03.2019-cu ildə Lalə adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar. Uşaq iddiaçının himayəsində qalmışdır. Onun iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. O, uşaqın saxlanılması üçün 100 manat məbləğində aliment ödəyə bilər, ondan artıq aliment ödəməyə maddi imkanı yoxdur. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 291060 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 07 mart 2019-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İV seriyalı 264543 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 mart 2019-cu ildə Lalə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon İcra Hakimiyyəti Şabran rayon Yaşıllıq və Təmizlik İdarəsi tərəfindən verilmiş 14 avqust 2019-cu il tarixli 56 saylı arayışdan görünür ki, Məmmədov X3 rayon Yaşıllıq və Təmizlik idarəsində bağ fəhləsi işləyir. Aylıq əmək haqqısı 180 manatdır. İşə əlavə edilmiş «Məhkəmə-Tibbi Ekspertiza və X1» X5 tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 120/2021-MTBŞ saylı ekspert rəyindən görünür ki, Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində atalıq faktı inkar olunmamışdır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh əvvəlcə qeyri-rəsmi ailə qurmuşlar. Nikahlarını 07.03.2019-cu ildə rəsmiləşdirmişlər. Ərarvad münasibətlərindən 21.03.2019-cu ildə Lalə adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ər-arvad münasibətləri kəsilmişdir. Uşaq iddiaçının himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etməmişdir. İddiaçı heç yerdə işləmir, uşaqı saxlamaqda çətinlik çəkir, iddiaçının cavabdehin ödəyəcəyi alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 yanvar 2021-ci il tarixdən başlayaraq 21.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20 yanvar 2021-ci il tarixdən başlayaraq 21.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-27/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-27/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver