Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-326/2021 28.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı NÜMAYƏNDƏSİ: X3 CAVABDEH: Şabran rayon Notariat Ofisi Mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiasına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bacısı X1 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, iddiaçının bacısı X4 21 yanar 2017-ci ildə vəfat etmişdir. İddiaçının bacısı sağlığında özünə məxsus əmlakı ona vəsiyyət etmişdir. Miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq istəyir, lakin notariat kontoru bildirir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. İddiaçı səhhəti ilə əlaqədar vaxtında notariat kontoruna müraciət etməmişdir. Ona görə də hazırda mirasın qəbul etməsi vaxtının uzadılması barədə məhkəməyə müraciət etmişdir. Xahiş edir, iddiaçının bacısı X1 qalmış mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon İHB-nın Zeyvə İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 yanvar 2020-ci il tarixli 07 saylı arayışdan görünür ki, həqiqətən mərhum X4 vəfat etdiyi tarixədək (31.01.2017) Şabran rayonu Kilvar kəndində daimi qeydiyyatda olmaqla yaşamış, vəfat etdikdən sonra ailə üzvü, bacısı – İddiaçı qalmışdır. İşə əlavə edilmiş AZ-İ seriyalı 986447 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 31 yanvar 2017-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli 10 saylı arayışdan görünür ki, İddiaçı barəsində Şabran rayon QŞ-də nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş İ-ZJ seriyalı 069784 saylı evlənmə haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı 17 yanvar 1961-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu Kilvar kəndində yerləşən 0.118 ha torpaq sahəsi X2 və ailə üzvlərinin adına qeydə alınmışdır. İşə əlavə edilmiş daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/0682 saylı arayışdan görünür ki, Şabran rayonu, Kilvar kəndində yerləşən 0.118 ha torpaq sahəsinin 17 dekabr 2016-cı il tarixinə bazar dəyəri 500 manat təşkil edir. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 19 mart 2020-ci il tarixli 92 saylı məktubdan görünür ki, 31.01.2017-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasəe Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, miras daşınmaz əmlak İddiaçı istifadəsindədir. Lakin bacısı öləndən sonra vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Bu səbəbdən bacısından miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Bacısının vərəsəsi kimi vərəsəliyin qəbul edilməsi üçün Şabran rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1. maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-326/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-326/2021
28.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver