Məhkəmə qərarları › İş №2(031)-38/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-38/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-38/2021 17.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin CAVABDEH: Cavabdeh qarşı Kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 120-EMB-0261-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borc 2188.21 AZN, faiz borcu 257.30 AZN, cərimə borcu 83.18 AZN, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2559.09 AZN məbləğində borcun Cavabdeh X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi teleqramla müraciət edərək, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixində X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 120-EMB-0261-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh 34 faizlə 24 ay müddətinə 2328 AZN məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 2188.21 AZN, faiz borcu 257.30 AZN, cərimə borcu 83.18 AZN, ümumi borcu 2528.69 AZN qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Xahiş edir, X2 Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 120-EMB-0261-19 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borc 2188.21 AZN, faiz borcu 257.30 AZN, cərimə borcu 83.18 AZN, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 2559.09 AZN məbləğində borcun Cavabdeh X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarasınız. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 120-EMB-0261-19 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh 34 faizlə 24 ay müddətinə 2328 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspetiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 9/1757 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxx 2019-cu il tarixli 120-EMB-0261-19 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxxx 2019-cu il tarixinə (maliyə arayışı üzrə tarix) BOKT «xxxx» QSC olan borcu 2218.03 manat məbləğində müəyyən edilir, o cümlədən:-əsas borc üzrə – 2189.09 manat, faiz borcu üzrə – 28.94 manat. xx xxxx 2019-cu il tarixli 120-EMB-0261-19 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, BOKT «xxxx» QSC-ti ilə Cavabdeh xx xxxx 2020-ci il tarixə əsas borcu 2188.21 AZN, faiz borcu 257.30 AZN, cərimə borcu 83.18 AZN, ümumi borcu 2528.69 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxx 2019-cu il tarixli, 120-EMB- 0261-19 saylı kredit müqaviləsinə əsasən əsas borc 2188.21 AZN, faiz borcu 28.94 AZN, cərimə borcu 3.18 AZN, 30 manat dövlət rüsumu X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli, 120-EMB-0261-19 saylı kredit müqaviləsinə əsasən əsas borc 2188.21 AZN, faiz borcu 28.94 AZN, cərimə borcu 3.18 AZN, 30 manat dövlət rüsumu X1 Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M: ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar