Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-401/2021 04.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı Sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi barədə mülki işə 04 may 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh hər ayda 175 manat sabit pul məbləğində alimentin tutulub 05.06.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 19.08.2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən 17.06.2006-cı ildə Nicat və 05.06.2008-ci ildə Elmir adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən 09.02.2021-ci ildə rəsmi qaydada ayrılmışlar. Uşaqlardan 17 iyun 2006-cı il təvəllüdlü Nicat cavabdehin yanında, 05 iyun 2008-ci il təvəllüdlü Elmir isə onun yanında qalmışdır. Oğlu Elmir xəstədir, xəstəliyinə görə 200 manat pensiya alır. Gəlin köçdüyü evdə ona yaşamağa imkan vermədikləri üçün, o, da kirayədə yaşamağa məcbur olmuşdur. Oğlunun pensiya pulunu kirayə qaldıqları evə verir. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etmir. Onun alimentə ehtiyacı var. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh hər ayda 175 manat sabit pul məbləğində alimentin tutulub 05.06.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı ilə 19.08.2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən 17.06.2006-cı ildə Nicat və 05.06.2008-ci ildə Elmir adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən 09.02.2021-ci ildə rəsmi qaydada ayrılmışlar. Uşaqlardan 17 iyun 2006-cı il təvəllüdlü Nicat onun yanında, 05 iyun 2008-ci il təvəllüdlü Elmir isə iddiaçının yanında qalmışdır. Oğlu Elmir xəstədir, xəstəliyinə görə 200 manat pensiya alır. O, iddiaçının məhkəmədə ona qarşı qaldırdığı iddiasını qəbul etmir. Onun iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 145239 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 05 iyun 2008-ci ildə Elmir adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 366020 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikahlarına 09 mart 2021-ci ildə xitam verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, 05 iyun 2008-ci il təvəllüdlü X2 «Hirşprunq xəstəliyi, Hirşprunq xəstəliyi Hirşprunq xəstəliyinə görə aparılmış endorektol Pull-Thraugh əməliyyatından sonrakı vəziyyət.Anal sfinktr çatmamazlığı» diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(031)- 71/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 19 avqust 2005-ci il tarixdə Şabran rayon QŞ-də bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 17.06.2006-cı il təvəllüdlü X3 atası Cavabdeh, 05.06.2008-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər 19.08.2005-ci ildə rəsmi nikahla ailə qurmuşlar. Ər-arvad münasibətindən 17.06.2006-cı ildə Nicat və 05.06.2008-ci ildə Elmir adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(031)-71/2021 saylı qərarı ilə rəsmi nikahları pozulmuş, boşanmadan sonra 17.06.2006-cı il təvəllüdlü X3 atası Cavabdeh, 05.06.2008-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmışdır. 05.06.2008-ci il təvəllüdlü X2 xəstədir, xəstəliyinə görə aylıq 200 manat pensiya alır. Cavabdeh uşağın saxlanması üçün bu vaxta kimi iddiaçıya heç bir maddi və mənəvi köməklik etməmişdir. Ona görə də iddiaçı uşağı saxlamaqda çətinlik çəkir. İddiaçı alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqları barəsində bərabər vəzifələrə malikdirlər, belə vəzifələrdən biri də valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq 05 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 06 aprel 2021-ci il tarixdən başlayaraq 05 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-401/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-401/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver