Məhkəmə qərarları › İş №2(031)-404/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-404/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-404/2021 07.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Sərkər oğluna qarşı Alimentin tutulması tələbi barədə mülki işə 07 may 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh Sərkər oğluna qarşı iddia qaldıraraq 12 dekabr 2017-ci il tarixdə doğulmuş qızı X1 üçün Cavabdeh Sərkər oğlunun (Səxavət yol idarəsində işləyir, aylıq dövlətdən əmək haqqı alır) əmək haqqından hər ay azyaşlı uşağının saxlanılması üçün alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, 2016-cı ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Rəsmi nikahları olmamışdır, belə ki, Səxavət buna razı olmamışdır. 2017-ci il dekabr ayının 12-də Fidan adlı qızları dünyaya gəlmişdir. Səxavət mütəmadi olaraq içki içib onu hər gün təhqir etdiyinə, ona işgəncələr verdiyinə görə bütün bunlara dözməyib 2018-ci il noyabr ayında Karyerdə yaşadıqları evdən çıxmışdır. Həmin vaxtdan da ayrı yaşayırlar. Cavabdeh bu vaxta kimi uşağın saxlanılması üçün heç bir maddi köməklik etməmişdir. O, uşağı saxlamaqda çətinlik çəkir. O, heç yerdə işləmir, başqa qazanc yeri də yoxdur. Xahiş edir, 12 dekabr 2017-ci il tarixdə doğulmuş qızı X1 üçün Cavabdeh Sərkər oğlunun (Səxavət yol idarəsində işləyir, aylıq dövlətdən əmək haqqı alır) əmək haqqından hər ay azyaşlı uşağının saxlanılması üçün alimentin tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh Sərkər oğlu məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, o, İddiaçı ilə qeyri rəsmi ailə qurmuşlar. Ər-arvad münasibətlərindən 12 dekabr 2017-ci ildə Fidan adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, bu səbəbdən də ayrılmışlar. Uşaq iddiaçının himayəsində qalmışdır. O, işləyir, 280 manat əmək haqqı alır, aldığı əmək haqqının 140 manatını banka kredit borcu ödəyir. O, uşağın saxlanılması üçün aliment ödəməyə etiraz etmir. Aylıq əmək haqqısının ¼ hissəsi miqdarında aliment təyin edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İV seriyalı 032538 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin ər-arvad münasibətlərindən 12 dekabr 2017-ci ildə Fidan adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Ağalıq İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli 242 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Şabran rayonu Günəşli kəndində yaşayır və Şabran rayonu Günəşli kəndində qeydiyyatdadır. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər qeyri-rəsmi ailə qurmuşlar, ər-arvad münasibətlərindən 12 dekabr 2017-ci ildə Fidan adlı uşaqları olmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur, bu səbəbdən də ayrılmışlar, ər-arvad münasibətləri kəsilmişdir. Uşaq iddiaçının himayəsində qalmışdır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi və mənəvi köməklik etməmişdir. İddiaçı heç yerdə işləmir, uşaqı saxlamaqda çətinlik çəkir, iddiaçının cavabdehin ödəyəcəyi alimentə ehtiyacı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı Maddəsinə əsasən 1 (bir) uşağa görə valideynin qazancının 1/4 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sərkər oğlundan 08 aprel 2021-ci il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub 12 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sərkər oğlundan 08 aprel 2021-ci il tarixdən başlayaraq aylıq qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub 12 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilsin. Qətnamə dərhal icla edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar