Məhkəmə qərarları › İş №2(031)-409/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-409/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-409/2021 08.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «FİNCA Azərbajan» MM QBKT-nın Nümayəndə: X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı Borc tələbi barədə mülki işə 08 iyun 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «FİNCA Azərbajan» MM QBKT-tı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2884.00 AZN əsas, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azərbajan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «FİNCA Azerbaijan» X2 Bank Kredit Təşkilatının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək göstərdi ki, «FİNCA Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 27.01.2015-ci il tarixli, **********1630 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 221 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 27.01.2015-ci il tarixli, **********1630 saylı kredit müqaviləsi 31.05.2016-cı il tarixli **********4227 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, 2898.00 AZN əsas, faiz borcu üzrə 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə, 11.03.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2884.00 AZN, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN təşkil edir. Xahiş edir, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2884.00 AZN əsas, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azərbajan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 27.01.2015-ci il tarixli, **********1630 saylı Kredit Müqaviləsindən görünür ki, «FİNCA Azerbaijan» X2 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğdə kredit verilmişdir. İşə əlavə edilmiş 11.03.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 27.01.2015-ci il tarixli, **********1630 saylı kredit müqaviləsi üzrə borcun məbləği, əsas borc üzrə 2884.00 AZN, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2884.00 AZN, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azərbaijan» MM QBKT-nın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2884.00 AZN, faiz borcu üzrə 390.00 AZN, cərimə borcuna görə 4.20 AZN olmaqla cəmi 3278.20 AZN məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azərbaijan» MM QBKT-nın xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar