Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-415/2021 07.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi oğlu MARAQLİ TƏRƏF: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Hüquqi faktın müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamədə onun və digər mülkiyyətçilərin adları səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, X2, X8, X9, X4 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, o, daşınmaz əmlaka dair hüquqlarından istifadə etmək istəyir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamədə onun və digər mülkiyyətçilərin adlarında səhv-yəni Ərizəçi yerinə səhvən Ərizəçi Xəlil qızı, X18 yerinə X15 və X12 yerinə X13 yazıldığından bu hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamədə onun və digər mülkiyyətçilərin adları səhv yazıldığından həmin hüquqmüəyyənedici sənədin ona, yəni Ərizəçi, X2, X8, X9, X4 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 26 fevral 2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İşə əlavə edilmiş İZ-JQ seriyalı 405242 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 22 sentyabr 1983-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş Xİİ-JQ seriyalı 313589 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X12 22 sentyabr 1983-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş İ-İE seriyalı 763147 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx xxxxxxxx 1960-cı ildə anadan olmuşdur. İşə əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X1 və ailə üzvləri – X11, X5, X6, X3 və X7 mülkiyyətinə 0.03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. maddəsinə əsasən məhkəmə sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamə hüquqmüəyyənedici sənəddir. Həmin sənəddə vətəndaşların adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, DƏDRX-ti də həmin sənəddə olan səhvin aradan qaldırılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamənin Ərizəçi, X2, X8, X9, X4 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair 5224A KOD 30401004 saylı şəhadətnamənin Ərizəçi, X2, X8, X9, X4 və X10 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-415/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-415/2021
07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver