Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-45/2024 20.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad edilmə, uşaq və aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyul 2014-cü il təvəllüdlü X8 ana himayəsindən məhrum olduğu nəzərə alınaraq ona verilməsi barədə, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031 )-475/2022 nömrəli qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X11 ödəməli olduğu aliment üzrə 2022-ci ilin iyul ayından hal-hazıradək olan dövr üçün yığılan 1330 manat aliment borcunun ödənilməsindən azad edilməyi barədə, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 nömrəli qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X11 görə Cavabdeh aliment ödəməkdən azad edilməyi barədə, Cavabdeh 08 iyul 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2022-ci ilin iyul ayından hesablanmaqla hər ay 150 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 281 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra 08 iyul 2014-cü il təvəllüdlü X13 və 28 noyabr 2020-ci il təvəllüdlü X12 iddiaçı X3 yanında qalsın. Cavabdeh İddiaçı Şabran Rayon Məhkəməsinin 2(031)-475/2022 nömrəli mülki işi üzrə 23 may 2022-ci il tarixdə qəbul edilmiş qərardadı nəzərə almaqla 04 aprel 2022-ci il tarixdən başlayaraq 08 iyul 2014-cü il təvəllüdlü X8 və 28 noyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. 2022-ci ilin iyul ayında Cavabdeh övladlarını nəzarətsiz vəziyyətdə anasının evində qoyaraq Siyəzən Broyler ASC-yə podrat adlana işə getmişdir. O, da övladlarının himayəsiz vəziyyətdə olduğunu, qızı Əsmanın anası tərəfindən dəfələrlə döyüldünü, ana nənəsi tərəfindən incidildiyini görüb Əsmanı 2022-ci ilin iyul ayında yaşadığı evə gətirmişdir. Bu barədə qonşuların iştirakı ilə aktlar da tərtib edilmişdir. Daha sonra Aysel rayon polis şöbəsinə şikayət etmiş və o, da qızı Əsmanı yenidən anasının himayəsinə qaytarmaq üçün rayon polis şöbəsinə gətirmişdir. Həmin zaman Aysel ilə əlaqə saxlanılaraq gəlib uşağı aparması onun nəzərinə çatdırılsa da, Aysel işdə olduğunu, işdən çıxa bilmədiyini əsas gətirərək gəlib Əsmanı götürməmiş, o da yenidən övladını özü ilə aparmışdır. Hətta o, problem yaranmasın deyə övladının ana himayəsinə qaytarılması üçün dəfələrlə Şabran rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş, lakin, Aysel qızları Əsmanın himayəsinə qaytarılması üçün heç bir addım atmamışdır. Yəni, 2022-ci ilin iyul ayından bəri Aysel bir dəfə də olsun Əsma ilə maraqlanmamışdır. Qızı Əsma hal-hazırda onun yanında qalmağını istəyir. Ona görə də övladı X8 ana himayəsindən məhrum olduğu nəzərə alınaraq Əsma ona verilməlidir. O, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən bu günə qədər 3360 manat aliment pulu ödəməli idi ki, həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən 700 manat aliment pulu ödəmiş və 2660 manat aliment borcu qalmışdır. Həmin aliment borcunun yarısı yəni, 1330 manatı qızı Əsma üçün ödəməli olduğu aliment puludur və qızı Əsma yanında qaldığı dövr ərzində, üzrlü səbəbdən yaranmışdır. Əsma onun yanında ikən onun bütün aylıq ehtiyaclarını o, ödəmişdir. Hal-hazırda ailə və maddi vəziyyəti həmin borcu ödəməyə imkan vermir. Ona görə də həmin aliment borcunu ödəməkdən azad edilməlidir. Üstəlik Əsma onun yanında olduğundan o, X11 görə cavabdehə aliment ödəməkdən azad edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil da məhkəmə iclasında iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında fikri dinlənilmiş 08 iyul 2014-cü il təvəllüdlü X13 izahatında göstərmişdir ki, o, 3-cü sinifdə oxuyur, 9 yaşı var. Anasının yanında qalmaq istəmir, onu döyüb incidirlər, anası onu istəmir, onu istəsəydi paltarlarını gətirib məktəbə veməzdi ki, atanı istəyirsən, ged atanla qal. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 78, 107.2, 112.1-ci maddələrini və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı qətnaməsi ilə X9 ilə İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 281 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra 08 iyul 2014-cü il təvəllüdlü X13 və 28 noyabr 2020-ci il təvəllüdlü X1 Aysel Əmirxan qızının yanında qalması, İddiaçı Şabran Rayon Məhkəməsinin 2(031)-475/2022 nömrəli mülki işi üzrə 23 may 2022-ci il tarixdə qəbul edilmiş qərardadı nəzərə alınmaqla 04 aprel 2022-ci il tarixdən başlayaraq 08 iyul 2014-cü il təvəllüdlü X8 və 28 noyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 04 aprel 2022-ci il tarixdən başlayaraq 08 iyul 2014-cü il təvəllüdlü X8 və 28 noyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İddiaçı tərəfindən Cavabdeh 700 manat ödəniş olunmuşdur və aliment borcu 2900 manat təşkil edir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şabran rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, araşdırma zamanı 08 iyul 2014-cü il təvəllüdlü X8 fikiri öyrənilərkən Əsma atasının yanında qalmaq istədiyini bildirmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası təqdim olunan iş materiallarını, uşağın psixoloji durumunu, mənafeini, fikirini, eləcə də qüvvədə olan qanunvericiliyi nəzərə alaraq zamanı 08 iyul 2014-cü il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli 11/73 saylı ekspert rəyindən görünür ki, 08 iyul 2014-cü il təvəllüdlü X8 hal-hazırda atası İddiaçı bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anası Cavabdeh bağlılığı müəyyən olunmur. 08 iyul 2014-cü il təvəllüdlü X13 psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 08 iyul 2014cü il təvəllüdlü X8 emosional-iradi sferasına və anası Cavabdeh olan münasibətinə neqativ təsir göstərmişdir. 08 iyul 2014-cü il təvəllüdlü X8 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamasını seçməklə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsin əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəşinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyn olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 08 iyul 2014-cü il təvəllüdlü X13 2022-ci ilin iyul ayından hal-hazıradək atası İddiaçı ilə birlikdə yaşaması işin mübahisəsiz halıdır.İddiaçının nümayəndəsi və cavabdeh məhkəmədə bildirdilər ki, 08 iyul 2014-cü il təvəllüdlü X13 2022-ci ilin iyul ayından hal-hazıradək atası İddiaçı ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, 08 iyul 2014-cü il təvəllüdlü X13 anası Cavabdeh alınaraq atası İddiaçı verilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X11 ödənilməli olduğu aliment üzrə 2022-ci ilin iyul ayından hal-hazıradək olan dövr üçün yığılan 1330 (min üç yüz otuz) manat məbləğində aliment borcu silinməli, İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı icra sənədi üzrə 08 iyul 2014-cü il təvəllüdlü X11 görə aliment öhdəliklərindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş 08 iyul 2014-cü il təvəllüdlü X13 anası Cavabdeh alınaraq atası İddiaçı verilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı qətnaməsinə əsasən 08 iyul 2014-cü il təvəllüdlü X11 ödənilməli olduğu aliment üzrə 2022-ci ilin iyul ayından hal-hazıradək olan dövr üçün yığılan 1330 (min üç yüz otuz) manat məbləğində aliment borcu silinsin. İddiaçı Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-475/2022 saylı icra sənədi üzrə 08 iyul 2014-cü il təvəllüdlü X11 görə aliment öhdəliklərindən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-45/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-45/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver