Məhkəmə qərarları › İş №2(031)-455/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-455/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-455/2021 24.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə 24 may 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 28.04.1955-ci il təvəllüdlü X2 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X3 onun atası olmuşdur. Atası 12.04.2015-ci ildə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Atası vəfat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında tibbi arayış alınmamışdır. Atası üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, 28.04.1955-ci il təvəllüdlü X2 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X6,X7 və X5 ayrı-ayrılıqda bildirdilər ki, həqiqətən də, X3 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etmişdir. İşə əlavə edilmiş 08 aprel 2021-ci il tarixli şahidlik aktından görünür ki, həqiqətən Şabran şəhəri M.P.Vaqif küçəsinn 42 saylı evində yaşayan X1 Federasiyasının Qorki şəhərində daimi qeydiyyatda olmasına baxmayaraq, əksər vaxtlar həmin evdə həyat yoldaşı və oğlu ilə birlikdə yaşamışdır. Nəzərov Rüstəm onlarla mehriban qonşuluq ünsiyyətində olmuşdur. 2015-ci ildə xəstələnmiş və 12.04.2015-ci il tarixdə qeyd olunan ünvanda vəfat etmişdir. Qonşuların köməyi ilə Taxta körpü qəbristanlığında dəfn olunmuşdur. Aktın doğruluğunu S.Fərzəliyev, N.Əzizov və X.Əzizova öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə edilmiş qəbir daşının foto şəkilindən görünür ki, 28.04.1955-ci il təvəllüdlü X3 12.04.2015-ci ildə vəfat etmişdir. İşə əlavə edilmiş XVİİİ-JQ seriyalı 419188 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 23 may 1991-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 22 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X17 Şabran rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 14 may 2020-ci il tarixli 2056 saylı məktubdan görünür ki, Şabran rayon M.P.Vaqif küçəsində yaşamış X3 12.04.2015-ci il tarixində saat 22:20 radələrində evdə keçinmişdir və onun ölümü ilə bağlı X8 Yardım şöbəsinin qəbul jurnalında qeydlər aparılmışdır. X15 ölümü haqqında onlara məlumat verilmədiyi üçün onun adına ölüm haqqında tibbi şəhadətnamə vərəqəsi yazılmamışdır. İşə əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 may 2020-ci il tarixli 106 saylı arayışdan görünür ki, X3 28 aprel 1955-ci ildə Quba rayonu Gümür kəndində anadan olmuşdur. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X3 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X2 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.04.1955-ci il təvəllüdlü X2 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edildi. 28.04.1955-ci il təvəllüdlü X2 12.04.2015-ci ildə ünvan 1 ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar