Məhkəmə qərarları › İş №2(031)-499/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-499/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-499/2021 08.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi M/TƏRƏF: Şabran rayon Notariat Ofisi Mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiasına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, X4 onun anasıdır. O, 24.01.2015-ci ildə vəfat etmişdir. Anasından ona əmlak miras qalmışdır. Faktiki olaraq anasının pay torpağını vərəsə kimi o qəbul etmiş, hazırda da onun istifadəsində qalmışdır. Lakin anası öləndən sonra vərəsəlik şəhadətnaməsi ala bilməmişlər. Bu səbəbdən anasının pay torpaq sahəsinə istədiyi kimi sərəncam verə bilmir. Bu barədə, yəni anasından miras qalmış torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə Şabran rayonu Dövlət Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi tərəfindən bildirilmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Miras torpaq sahəsi onun istifadəsində olduğundan bu vaxta kimi notariat kontoruna mirasın qəbulu ilə əlaqədar müraciət edilməmişdir. Ona görə də hazırda mirasın qəbul etməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Xahiş edir, mirasın qəbul edilməsi müddətinin üzrlü hesab edilməklə uzadılması barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Şabran rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli çıxarışdan görünür ki, X6 ilə X5 29 noyabr 1991-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş İ-AZ seriyalı 111381 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 birgə nikahlarından xx xxxx 2000-ci ildə Əmrah adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 436317 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Dəvəçi bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına əsasən X3 mülkiyyətinə 500 kvm torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş AZ-İ seriyalı 707104 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 24 yanvar 2015-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Şabran rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 27 aprel 2021-ci il tarixli 136 saylı məktubdan görünür ki, 24.01.2015-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiylərinə görə Azərbaycan Respublikasının MM-nin 1248-ci maddəsinə əsasəe Şabran rayon Məhkəməsinə müraciət edilməlidir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, miras daşınmaz əmlak Ərizəçi istifadəsindədir. Lakin anası öləndən sonra vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Bu səbəbdən anasından miras qalan daşınmaz əmlaka istədiyi kimi sərəncam verə bilmir. Anasının vərəsəsi kimi vərəsəliyin qəbul edilməsi üçün Şabran rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi bildirmişdir ki, mirasın qəbul edilməsi müddəti qurtarmışdır, mirasın qəbul edilməsi müddətinin uzadılması ancaq məhkəmə qaydasında olmalıdır. Ona görə də hazırda mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1. maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaldır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 qalmış mirasın qəbul edilməsi müddəti üzrlü hesab edilməklə uzadılsın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar