Məhkəmə qərarları › İş №2(031)-514/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-514/2021

07.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-514/2021 07.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə Ərizəci: Ərizəçi Nümayəndə: X6 Maraqlı tərəf: Maraqlı şəxs Soyadın və adın dəyişdirilməsi tələbi barədə mülki işə 07 iyun 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun adının «Telman»a və soyadının «İbrahimov»a dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, Ərizəçi xx.xx.1992-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnamə alarkən adı və soyadı X7 yazılmışdır. Sonra 30.01.2018-ci ildə adını «Marad»a və soyadını «Əlizadə»yə dəyişdirmişdir. Hazırda ərizəçi yenidən adını və soyadını dəyişdirmək, adının «Telman», soyadının İbrahimov olmasını istəyir. Belə ki, belə olan halda ərizəçinin bütün ailə üzvlərinin sənədləri, evinin sənədləri, özünə aid digər sənədlər dəyişdirilməlidir. Ərizəçi adını və soyadını dəyişdirərkən belə çətinliklərin yaranacağını bilməmişdir. Ərizəçinin adının «Telman» və soyadının «İbrahimov» kimi olmasına mane olan heç bir hal yoxdur, bu heç kimin hüquqlarının pozulmasına səbəb olmur. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Ərizəçi adının «Telman»a və soyadının «İbrahimov»a dəyişdirilməsi barədə qətnamə çıxarılsın. Maraqlı tərəf Maraqlı şəxs rəisi X4 bildirdi ki, «Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının dəyişdirilməsi Qərarları»na müvafiq olaraq X8 adını və soyadını təkrar dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyildir. O, Ərizəçi adının və soyadının dəyişdirilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş AZ-İ seriyalı 018696 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1992-ci il təvəllüdlü X1, adı Ərizəçi dəyişdirilmişdir. İşə əlavə edilmiş AZ-İV seriyalı 031313 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 birgə nikahlarından xx.xx.1992-ci ildə Murad adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 20 aprel 2021-ci il tarixli 24 saylı məktubdan görünür ki, «Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2011ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının dəyişdirilməsi Qərarları»na müvafiq olaraq X8 adını və soyadını təkrar dəyişdirilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Qeyd olunan düzəlişin edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Ərizəçi adının «Telman»a, soyadının «İbrahimov»a dəyişdirilməsi ilə əlaqədar Qeydiyyat orqanına müraciət etmiş, lakin Qeydiyyat orqanı əsassız olaraq bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi adının «Telman», soyadının «İbrahimov» kimi qeyd olunmamasına səbəb olan heç bir hal yoxdur, bu heç kimin hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1. maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4. maddəsinin məzmununa əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Qeyd olunan hüquq normalarını və iş materiallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi adı «Murad»dan «Telman»a, soyadı "Əlizadə" dən "İbrahimov"a dəyişdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi adı «Murad»dan «Telman»a, soyadı "Əlizadə" dən "İbrahimov"a dəyişdirilsin. Qətnamə Qeydiyyat orqanlarında düzəlişin qeydə alınması ücün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar