Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-54/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İskəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı ASC-nin CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 saylı kredit müqaviləsi üzrə 2044.63 manat məbləğində əsas borcu və 401.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2446.03 manat, xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsi üzrə 183.11 manat məbləğində əsas borc, 47.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 230.94 manat məbləğində kredit borcunun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-ti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçının nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3 000 (üç min) AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış Eyni zamanda, bank və digər cavabdeh X1 arasında xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli zaminlik müqavilsi bağlanmışdır. Cavabdeh1 kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. xx xxxx 2020-ci il tarixinə cavabdehin xx xxxxx 2019-cu il tarixli, 200804- 677163/1 saylı kredit müqaviləsi üzrə 2044.63 manat məbləğində əsas borcu, 401.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2446.03 manat məbləğində kredit borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixinə cavabdehin xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsi üzrə 183.11 manat məbləğində əsas borcu, 47.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 230.94 manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli kredit müqaviləsinin 4.4.3-cü və 4.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Xahiş edir, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 saylı kredit müqaviləsi üzrə 2044.63 manat məbləğində əsas borcu və 401.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2446.03 manat, xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsi üzrə 183.11 manat məbləğində əsas borc, 47.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 230.94 manat məbləğində kredit borcunun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbi barədə qətnamə çıxarılsın. Cavabdeh1 məhkəmədə iddianı qəbul edərək bildirdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3 000 (üç min) AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli «Smile kredit xətti müqaviləsi»nə əsasən ona 36 ay müddətinə, illik 0 % dərəcəsi ilə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və X1 arasında xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli zaminlik müqavilsi bağlanmışdır. Ailə vəziyyətində müəyyən problemlər olduğu üçün banka olan borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. Sonradan isə müharibədə iştirak etdiyindən banka ödəniş etməmişdir. Hazırda ona qarşı məhkəmədə qaldırılan iddianı qəbul edir, ekspertiza təyin edilməsinə ehtiyac yoxdur, banka olan borcunu ödəməyə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 25 % dərəcəsi ilə 3 000 (üç min) AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli «Smile kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 0 % dərəcəsi ilə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 zaminlik müqaviləsindən görünür ki, «Borclu» Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək «Zamin» Cavabdeh2 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli, xx xxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-ti tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2. maddəsinə əsasən faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kredit qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3. maddəsinə əsasən birgə zamin olmuş şəxslər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1. və 445.2.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 saylı kredit müqaviləsi üzrə 2044.63 manat məbləğində əsas borc və 401.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2446.03 manat, xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsi üzrə 183.11 manat məbləğində əsas borc, 7.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 190.94 manat məbləğində kredit borcu və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxx 2019-cu il tarixli, 200804-677163/1 saylı kredit müqaviləsi üzrə 2044.63 manat məbləğində əsas borc və 401.40 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2446.03 manat, xx xxxxx 2019-cu il tarixli, 200893-PC********** nömrəli kredit müqaviləsi üzrə 183.11 manat məbləğində əsas borc, 7.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 190.94 manat məbləğində kredit borcu və 30.40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İskəndərov
Məhkəmə qərarları › İş №2(031)-54/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-54/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver