Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-623/2020 16.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «xxxxxxx» KB ASC-nin Cavabdeh: Cavabdeh qarşı Kredit borcu tələbi barədə mülki işə məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ : «xxxxxxx» KB ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit borcu tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmiş tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiklərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267- 268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı «xxxxxxx» KB ASC-nin Cavabdeh qarşı kredit borcu tələbi barədə mülki işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin başılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-623/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-623/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver