Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-758/2020 20.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: «xxxxxxxx» ASC-nin NÜMAYƏNDƏ: X2 CAVABDEH: Cavabdeh qarşı Borcla əlaqədar pul tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «xxxxxxxx» ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.557,68 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxx» ASC-nin nümayəndəsi X2 məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş «xxxxxxxx» ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********03648 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı «xxxxxxxx» ASC-yə cəmi 3.557,68 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 3.557,68 manat borcu bu günə qədər ödəməyərək «xxxxxxxx» ASC-yə zərər vurmuşdur. «xxxxxxxx» ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirməlidir. Xahiş edir, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.557,68 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Abunə Haqqında məlumatdan görünür ki, Şabran şəhəri, Ə.Vahid küçəsində yaşayan, abonent kodu **********03648 olan Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə 3.557,68 manat borcu yaranmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci iltarixli arayışdan görünür ki, Cavabdeh Şabran şəhəri, 20 yanvar küçəsiev 22A-da qeydiyyatdadır. İşə əlavə edilmiş «xxxxxxxx» ASC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli SD-134 saylı borc barədə arayışdan görünür ki, **********03648 saylı abunə kodu ilə qeydiyyatda olan Cavabdeh xx xxxx 2020-ci il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 3.557,68 manat borcu vardır. İşə əlavə edilmiş Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli xx xxxxxx 2020-ci il tarixli 147600 saylı müqaviləsindən görünür ki, «xxxxxxxx» ASC ilə Şabran şəhər sakini Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Katinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Məhkəmə tərəflərə əlavə sübutlar təqdim etməyi təklif etməsinə baxmayaraq, tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.557,68 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «xxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216 - 237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3.557,68 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «xxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M : ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-758/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-758/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver