Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-774/2020 06.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Doğum qeydinin bərpa edilməsi barədə mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlunun, yəni X5 doğum qeydinin bərpa olunması, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə soyadı Cəfərov, adı Səyyad, ata adı Vüqar, doğum tarixi xx.xx.2002-ci il, doğum yeri Azərbaycan Respublikası, Dəvəçi şəhəri, valideynləri qrafasında atası Ərizəçi, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək bildirdi ki, X8 onun oğludur. O, xx.xx.2002-ci ildə Şabran şəhərində anadan olmuşdur. Ona 2009-cu ildə doğum haqqında şəhadətnamə verilmişdir, onun üçün şəxsiyyət vəsiqəsi alarkən məlum olmuşdur ki, həmin şəhadətnamənin kötüyü yoxdur. Maraqlı şəxsnə Səyyad üçün doğum haqqında şəhadətnamənin bərpa olunması üçün müraciət etmişdir. Ona cavab vermişlər ki, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin arayışı (feldşer sənədi) olmadığından doğum qeydinin bərpası mümkün deyildir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, oğlunun, yəni X5 doğum qeydinin bərpa olunması, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə soyadı Cəfərov, adı Səyyad, ata adı Vüqar, doğum tarixi xx.xx.2002-ci il, doğum yeri Azərbaycan Respublikası, Dəvəçi şəhəri, valideynləri qrafasında atası Ərizəçi, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, X8 onun oğludur. O, xx.xx.2002-ci ildə Şabran şəhərində anadan olmuşdur. Ona 2009-cu ildə doğum haqqında şəhadətnamə verilmişdir, onun üçün şəxsiyyət vəsiqəsi alarkən məlum olmuşdur ki, həmin şəhadətnamə doğumun qeydə alınması kitabında qeydiyyata alınmamışdır. İşə əlavə edilmiş AZ-İ seriyalı 903301 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 xx xxxx 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİ seriyalı 349443 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X1 birgə nikahlarından xx xxxxxxx 2002-ci ildə Səyyad adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ümumi X12 208910 saylı Attestatdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X2 şəhəri 3№-li ümumi orta məktəbi 2018-ci ildə bitirmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi Vəliyyədin oğluna ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 44 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası NK-nin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatı qaydasının 2.5.3 və 2.5.4-cü bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vatını və yerini təsdiq edən tibb müəssisəsinin arayışına (feldşer sənədi) əsasən qeydə alınmalıdır. Lakin, Siz qeydiyyat şöbəsinə yuxarıda adları çəkilən sənədləri təqdim edə bilmədiyiniz üçün oğlunuzun doğumunun qeydə alınması tərəflərindən mümkün deyildir. Bu səbəbdən doğumun qeydə alınması və ya doğumun bərpa edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308 maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1. maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 311 maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 doğum qeydi bərpa olunması, X6 yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə soyadı Cəfərov, adı Səyyad, ata adı Vüqar, doğum tarixi xx.xx.2002-ci il, doğum yeri Azərbaycan Respublikası, Dəvəçi şəhəri, valideynləri qrafasında atası Ərizəçi, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi qeyd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 doğum qeydi bərpa olunsun. X6 yeni doğum haqqında şəhadətnamə verilsin, doğum haqqında şəhadətnamədə soyadı Cəfərov, adı Səyyad, ata adı Vüqar, doğum tarixi xx.xx.2002-ci il, doğum yeri Azərbaycan Respublikası, Dəvəçi şəhəri, valideynləri qrafasında atası Ərizəçi, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-774/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-774/2020
06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver