Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-784/2020 30.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Çingiz Əmir oğlu İsgəndərov, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Şabran şəhərində, məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı "kredit borcu" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08395 olan Xiomi Mi A2 Lite markalı telefon üçün 352 manat ödənilməmiş hissə, 35 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01350 olan Samsung Galaxy A50 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 693 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 723 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08395 və **********01350 olan Xiomi Mi A2 Lite və Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 693 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********08395 olan Xiomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə, 387 manat olmaqla ondan, 352 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 manat (16 ay x 57 manat+0 manat ilkin ödəniş) İMEİ Kodu **********01350 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, ödənilməmiş hissə, güzəşt olunaraq 27 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 809 manat təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi xx xxxxxxx 2020-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh, «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08395 və **********01350 olan Xiomi Mi A2 Lite və Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 693 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 528 manat (12 ay x 44 manat+ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********08395 olan Xiomi Mi A2 Lite markalı telefon üçün ümumilikdə, 387 manat olmaqla ondan, 352 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 912 manat (16 ay x 57 manat+0 manat ilkin ödəniş) İMEİ Kodu **********01350 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, ödənilməmiş hissə, güzəşt olunaraq 27 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 809 manat təşkil edir. Həmçinin, «xxxxxxxxxxx» MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu Məcəllənin 448.1ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08395 olan Xiomi Mi A2 Lite markalı telefon üçün 352 manat ödənilməmiş hissə, 35 manat cərimə, xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01350 olan Samsung Galaxy A50 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 693 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 723 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5-284-6-cı maddələrinə əsasən, qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********08395 olan Xiomi Mi A2 Lite markalı telefon üçün 352 manat ödənilməmiş hissə, 35 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********01350 olan Samsung Galaxy A50 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə, ümumilikdə 693 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 723 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» MMC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-784/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-784/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver