Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-786/2020 23.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs Ölüm faktının müəyyən edilməsi barədə mülki işə xx xxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1928-ci il təvəllüdlü X1 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X3 onun atası olmuşdur. O, xx xxxx 1994-cü ilə vəfat etmiş və Şabran şəhər qəbristanlığında dəfn edilmişdir. Atası vəat edərkən təcili tibbi yardım çağrılmadığı üçün ölüm haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Lakin bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz, bu barədə məhkəməyə müraciət edilməlidir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, 1928-ci il təvəllüdlü X1 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı tərəfin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri apaşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X2 bildirdilər ki, həqiqətən də, 1928-ci il təvəllüdlü X3 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etmiş və Şabran şəhər qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 400 saylı arayışdan görünür ki, X1 barəsində Şabran Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 45 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadənamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşə əlavə edilmiş AZ seriyalı 536062 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 ilə X7 birgə nikahlarından xx xxxx 1964-cü ildə Güldanə adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş qəbr daşının foto şəkilindən görünür ki, 1928-ci il təvəllüdlü X3 1994-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ssaylı ünvanda yaşayan X5 xx xxxx 1994-cü il tarixində vəfat etmiş və Şabran şəhər qəbristanlığında dəfn edilmişdir. Aktın doğruluğunu Q.Aydəmirov, Ə.Aydəmirov və S.Əliyeva öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, həqiqətən də X3 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Müəyyən edilmişdir ki, Ərizəçi atası X1 ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Azərbaycan Respublikası MPM-nin 311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1928-ci il təvəllüdlü X1 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edildi. 1928-ci il təvəllüdlü X1 xx xxxx 1994-cü ildə Şabran şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-786/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-786/2020
23.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver