Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-809/2020 11.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı MMC-nin Cavabdeh: Cavabdeh qarşı Lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə iddia qaldırmışdır. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə iddia qaldırılmışdır. Hal-hazırda tərəflər arasında borcun ödənilməsinə dair razılıq əldə olunmuşdur. Bu səbəbdən də, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-809/2020
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-809/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver