Məhkəmə qərarları › İş №2(031)-84/2021

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-84/2021

25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-84/2021 25.01.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: X3 M/TƏRƏF: Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə mülki işə məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ : X3 məhkəmədə Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia qaldıraraq oğlu xx xxxxxx 1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş baxılması üçün təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.6. maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, onların iştirakı olmadan işə baxılmasını xahiş etməmiş tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlmədiklərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-cv maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X1 Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə mülki işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar