Məhkəmə qərarları › İş №2(031)-861/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-861/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-861/2024 15.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə mərhum atası X2 hesablanmış 2566,08 manat məbləğində borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Cavabdeh Xaçmaz X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə X2 2566,08 manat məbləğində borc hesablanmışdır. İddiaçı hazırki iş üzrə iddia ərizəsində X1 onun atası olduğunu bildirərək, iddia ərizəsinə X1 ölüm şəhadətnaməsini əlavə etsə də, X1 onun atası olmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu (özünün doğum haqqında şəhadətnaməsi və s.), o cümlədən X1 vəfat etdiyi təqdirdə ondan qalan miras əmlakı qəbul etməsi barədə sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsini elektron formada verməməsinə baxmayaraq, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə belə nəticəyə gəlirəm ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsində X1 onun atası olduğunu bildirərək iddia ərizəsinə X1 ölüm şəhadətnaməsini əlavə etsə də, X1 onun atası olmasını təsdiq edən hər-hansı bir mötəbər sübutu (özünün doğum haqqında şəhadətnaməsi və s.), o cümlədən X1 vəfat etdiyi təqdirdə ondan qalan miras əmlakı qəbul etməsi barədə sənədləri iddia ərizəsinə əlavə etmədiyindən, bununla yanaşı İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsini elektron formada verməməsinə baxmayaraq, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərini də iddia ərizəsinə əlavə etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinə əsasən İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddia ərizəsinin qaytarılması haqqında qərardadın buna səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 149, 151, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdehnə qarşı "borcun azaldılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçınə geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması haqqında qərardad iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar