Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-96/2021 23.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingi oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə ƏRİZƏÇİ: Ərizəçi MARAQLİ TƏRƏF: Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Şabran rayonu, Ağalıq kənd sakini, xx.xx.1982-ci ildə anadan olmuş doğma bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək bildirdi ki, Şabran rayonu Ağalıq kənd sakini xx xxxx 1982-ci ildə anadan olmuş X6 onun doğma bacısıdır. 2001-ci ildə bacısı Ruhiyyə «şizofreniyanın paranoid forması, dərin ağıl zəifliyi» diaqnozu ilə xəstədir, Şabran rayon Mərkəzi Xəstəxanasında PHŞ-nin ruhi əsəb kabinetində qeydiyyatdadır. Belə ki, bacısı Ruhiyyə 2001-ci ildə ikinci uşağa hamilə olduğu dövrdə bu xəstəliyə tutulub, 2002-ci ildə ikinci uşağı X17 dünyaya gəlib. Bacı həyat yoldaşı Xəyyam Mahmudovla xəstəliyi ilə əlaqədar 2012-ci ildə nikahları pozulub, 2002-ci ildən ər-arvad kimi birlikdə yaşamırlar. Bacısı 2002-ci ildən övladı Vüsalla birlikdə valideynlərinin yanında, onların himayəsində yaşamışdır, bu gün də Ruhiyyə valideynlərinin yanında yaşayır. Bacısının böyük övladı qızdır, hal-hazırda ailəsi ilə birlikdə Şabran rayonunun Xəlfələr kəndində yaşayır, yəni anasına baxmağa imkanı yoxdur. Atası və anası yaşlı adamlardır, artıq bacısına lazım olan qayğını göstərə bilmirlər, odur ki, qonşluqda yaşadığına görə xəstə bacısı Ruhiyyəyə həmişə demək olar ki, o baxır, bütün problemlərini o həll etməyə çalışır. Eyni zamanda qeyd edir ki, bacısının oğlu Vüsal xx xxxxxxx 2020-ci il tarixdə Qarabağ uyğunda başlayan Vətən Müharibəsində şəhid oldu, yəni bacısının heç bir fəaliyyət qabiliyyəti yoxdur, özünü sərbəst idarə edə bilmir, hərəkətlərinə cavabdehlik daşımaq iqtidarında deyil, odur ki, ona mütləq qəyyum, himayədar lazımdır. Xahiş edir, Şabran rayonu, Ağalıq kənd sakini, xx.xx.1982-ci ildə anadan olmuş doğma bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasında iş üzrə maraqlı tərəf Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 bildirdi ki, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İİ-JQ seriyalı 321207 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 xx xxxxxx 1979-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İ seriyalı 138785 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 X4 arasında bağlanmış rəsmi nikahları xx xxxxx 2012-ci il tarixdə ləğv edilmişdir. İşə əlavə edilmiş Şabran rayon X16 Hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 4332 saylı arayışdan görünür ki, X9 həqiqətən «şizofreniyanın paranoid forması, dərin ağıl zəifliyi» diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasında PHŞ-nın ruhi əsəb kabinetində dispanser qeydiyyatdadır. İşə əlavə edilmiş Məhkəmə Psixatrik Ekspertiza X21 Şəxsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 188 saylı rəyindən görünür ki, X3 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından aslı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X22 tərəfindən verilən xx xxxxxx 2021-ci il tarixli 188 saylı rəyini nəzərə alaraq, məhkəmə xx.xx.1982-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1982-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxx 1982-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-96/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-96/2021
23.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver