Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-113/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçıh Qarnay oğlunun, onun vəkili X14 oğlunun, cavabdeh X4 və onun vəkili X5 iştirakları ilə, İddiaçıh Qarnay oğlunun cavabdeh X6 qarşı arı pətəklərinin naturada və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddiaçı X4 cavabdeh İddiaçıh Qarnay oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıh Qarnay oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 ona məxsus 3 ədəd üç korpuslu, 12 ədəd iki korpuslu arı pətəklərinin süzülməmiş halda naturada və ya 3 ədəd üç korpuslu arı pətəklərinin hər birinin dəyəri 250 manatın, 12 ədəd iki korpuslu arı pətəklərinin hər birinin dəyəri 220 manatın, cəmi 3140 manatın, 33 korpusun hər birində 20 kiloqram bal olmaqla, cəmi 660 kiloqram balın dəyəri 13200 manatın, ümumilikdə 16340 manatın və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X11 cavabdeh İddiaçıh Qarnay oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 kq bal və 12 ədəd korpusun dəyəri olan 18 804 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçıh Qarnay oğlundan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 iddianın əsasının dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində iddianın tələb hissəsinin dəyişdirilərək 900 kq bal və 12 ədəd korpusun dəyəri olan 18 804 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçıh Qarnay oğlundan alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 iddianın əsasının dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı X11 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin tələb hissəsinə əlavə olaraq 20 ədəd arı yeşiyi və ya onun dəyəri 4000 manat, əməyinin dəyəri 2000 manat və vəkilə ödədiyi 300 manat pulun da cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1055/2020 nömrəli 12.11.2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsində 2(033)-1080/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı X4 cavabdeh İddiaçıh Qarnay oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş 2(033)-1055/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçıh Qarnay oğlunun cavabdeh X6 qarşı arı pətəklərinin naturada və ya dəyərinin ödənilməsi tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi, yəni 2(033)-1055/2020 qeydiyyat nömrəsi verilməklə baxılması qərara alınmışdlr. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçıh Qarnay oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh Abdulla Salehov onun qudasının qardaşıdır. Cavabdehlə həmişə qohumluq münasibətləri normal olmuşdur. 2015-ci ildə cavabdeh ona bir arı pətəyinin dəyəri 200 manat olmaqla, 10 arı pətəyinin alınması üçün 2000 manat pul vermişdir. Cavabdeh arı pətəklərini aldıqdan sonra bir müddət ondan arılara baxmağını xahiş etmişdir. O, da arı pətəklərinin özününkündən seçilməsi üçün yeşiklərin üzərinə cavabdehin adının baş hərfini yazaraq həmin arı pətəklərinə baxmışdır. Həmin il pətəklərdən əldə olunan 100 kq süzülmüş və 4 ədəd ramkada olan balı cavabdehə vermişdir. 2017-ci ildə cavabdeh Rusiya Federasiyasına getmişdir. Bununla belə o, cavabdehin arılarına baxmış, əldə edilən 50 litr süzülmüş balı və 100 manat pulu cavabdehin ailəsinə vermişdir. 2018-ci ildə arılara xəstəlik düşmüş, öz arıları da daxil olmaqla cavabdehin arıları da ölmüşdür. Cavabdeh 2019-cu ildə Rusiya Federasiyasından gələrək ondan arılarını istədikdə, işarələnmiş arı yeşiklərini göstərib arıların öldüyünü, yeşiklərini isə aparmasını bildirmişdir. Lakin, cavabdeh arı yeşiklərini aparmamışdır. Əksinə cavabdeh 2000 manat pulunu geri istədikdə o, da pulunu bal süzüldükdən sonra verəcəyini demişdir. Bundan başqa o cavabdehə iki il müddətində arıları ilə niyə maraqlanmadığını bildirmişdir. Bundan sonra xəstəxanada olduğu 12.07.2020-ci il tarixdə cavabdeh Zaqatala rayonu Sabunçu kəndinə gedərək icarə yerindən ona məxsus 3 ədəd 3 korpuslu, 12 ədəd 2 korpuslu cəmi 15 ədəd arı pətəklərinin yaxşılarını seçərək içərisində bal məhsulu ilə birlikdə ondan icazəsiz aparmışdır. Cavabdeh arı pətəklərini apararkən yeşiklərin üzərində olan dövlət tərəfindən qeydiyyata alınma nişanlarını çıxararaq həyətə atıb getmişdir. Hansıkı həmin arı pətəkləri onun adına qeydiyyata alınmışdır. Bu barədə X20 Təsərrüfatı informasiya sisteminə məlumat daxil edilmişdir. O, cavabdehə arı pətəklərini könüllü qaytarmasını təklif etsə də, cavabdeh bundan imtina etmişdir. Hazırda isə yaz mövsümünə çıxmış bir korpuslu arının qiyməti 200 manat, iki korpuslu arının qiyməti 220 manat, üç korpuslu arının qiyməti isə 250 manat təşkil edir. Bir kiloqram balın qiyməti isə 15-20 manatdır. 15 arı pətəklərində 33 (24+9) korpus olmuşdur. Korpusların hər birində 20 kiloqram bal olmaqla, cəmi 660 kiloqram bal yığılmışdır. Həmin balın ümumi dəyəri 13200 manat təşkil edir. Bu barədə Zaqatala Rayon Polis Şöbəsinə şikayət etmişdir. Zaqatala rayon PŞ-nin istintaq bölməsinin müstəntiqi, polis mayoru İsa Çıraqovun 27 iyul 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Abdulla Salehovla 2015-ci ildə aralarında olan razılığa əsasən o, cavabdehə 2000 manat müqabilində 10 ədəd 3 korpuslu arı pətəyini verməyi vəd etmişdir. Hazırda iddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçıh Qarnay oğlunun vəkili X7 iddiaçının verdiyi izahata uyğun çıxış edərək göstərdi ki, İddiaçıh Qarnay oğlu ilə X11 arasında 2015ci il tarixdə olan razılaşmaya əsasən sonuncu iddiaçıya 2000 manat pul verərək ondan 10 ədəd 3 korpuslu arı pətəkləri ilə dolu arı yeşiklərini almışdır və həmin yeşiklərin üzərinə Salehov Abdullanın baş hərfi yazılaraq ona təhvil verilmişdir. X18 həmin yeşikləri baxıb arıya qulluq edilməsi üçün həmin arə yeşiklərini İddiaçıh Qarnay oğlunun həyətində iddiaçıya məxsus arılarla birlikdə qoymuşdur. Hüquqlarınnı müdafiə etdiyi iddiaçı arılara baxmış və cavabdehə 100 kq süzülmüş bal və 4 ədəd balı süzülməmiş arı ramkası vermişdir. 2017-ci ildə cavabdeh Rusiya federasiyasına getdiyindən həmin ili 100 manat pul və 50 litr süzülmüş balı cavabdehin ailə üzvlərinə vermişdir. 2018-ci ildə arılar arasında yayılmış xəstəlik nəticəsində iddiaçıya məxsus arılarda daxil olmaqla Abdulla Salehova məxsus arılar da qırılmışdır. 2019-cu ildə X15 Federasiyasından qayıtdıqdan sonra hüquqlarını müdafiə etdiyi iddiaçı Nurullah Əhmədovdan öz arılarını tələb etdikdə ona arıların xəstəlik nəticəsində öldüyü bildirilmiş və bal süzüldükdən sonra 2000 manatı ona qaytaracağını bildirmişdir. Lakin Cavabdeh 12.07.2020-ci il tarixdə 3 ədəd 3 korpuslu, 12 ədəd iki korpuslu cəmi 15 ədəd arı ilə dolu dövlət tərəfindən nişanlanmış İddiaçıh Qarnay oğluna məxsus arı yeşiklərini üzərindəki nişanlanmaları qırıb ataraq aparmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır. İddianın təmin olunmasını, cavabdeh tərəfindən verilmiş iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X11 onun tərəfindən İddiaçıh Qarnay oğluna qarşı verilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o 2015-ci ildə arı almaq qərarına gəlmişdir. Zaqatala şəhərində adını unutduğu bir nəfərlə də bu barədə razılaşmışdır. Bu məsələni arıdan məlumatlı olmadığı üçün qardaşının qudası Nurullaha demişdir. O özünün də arıçı olduğunu və arının özündən almasını bildirmişdir. Hətta ona arılara baxmağı da öyrədəcəyini söyləmişdir. Bu vaxt Nurullah ona neçə arı lazım olduğu ilə bağlı maraqlanmış, o isə 10 yeşik lazım olduğunu bildirmişdir. Nurullah dedi ki özü verər 10 yeşik arı. O da ona onun cəmi 13 yeşik arısı olduğunu və bu yeşiklərin də 2 korpuslu olmasını demişdir. Bu zaman Nurullah ona 10 ədəd 3 korpuslu arı yeşiyi (arı ailəsi) düzəldəcəyini demişdir. Bu zaman o razılaşmışdır. O 2015-ci ilin yaz ayında Nurullahdan 10 ədəd arı (ailəsi) yeşiyi almışdır. Həmin il yəni, 2015-ci ildə Nurullah arı süzən zaman təkcə 3-cü korpusları süzərək ona 2 ədəd 50 litrlik qablarda cəmi 100 litr bal vermişdir. 2016-cı ildə onların birgə baxılan arılardan ayrı 10 yeşik arı ailəsi artımı olmuşdur. Nurullah özü 5 arı (ailəsinin) yeşiyinin onun, digər 5-nin isə özünün olduğunu bildirdi. 2016-cı ildə ona cəmi 50 litr süzülmüş bal vermişdir. 2017, 2018 və 2019-cu illərdə isə heçnə verməmişdir. 2020-ci ildə o gedib 3 ədəd 3 korpuslu, 12 ədəd isə 2 korpuslu arı yeşiklərini (arı ailəsini) Nurullahdan götürmüşdür. Onlar birgə işlədikləri dövrdə, təxminən arı alıb 1 il sonra o cavabdehin boşanmış qızına öz həyətlərində pulsuz olaraq yaşayış evi tikmişdir. Ortaq olduqlarına görə cavabdeh onun arılarına baxdığı üçün o evin tikilməsində zəhmət haqqı almamışdır. Düşünmüşdür ki cavabdeh arı işini yaxşı bilir, özü bilmir, özü ustalıq işi bildiyi üçün o da cavabdehə belə kömək etmişdir. Həmişə cavabdehin ailə üzvləri ona əmi deyərək müraciət etmişlər. Bildirir ki, 10 yeşik (arı) orta hesabla 2015-ci ildə 150 kq bal verməli idi. Lakin cavabdeh onun 10 yeşik arısından cəmi 2015-ci ildə 100 kq bal vermişdir. Artıq 2016-cı ildə onun 15 arı yeşiyi (ailəsi) olmuşdur. 2016-cı ildə də 15 yeşik (arı) orta hesabla 225 kq bal verməli idi. Lakin cavabdeh 15 yeşik arıdan 2016-cı ildə cəmi 50 kq bal vermişdir. Bu 2 il ərzində onun yanında Nurullah 3 korpuslu yeşikdən yalnız 3-cü korpusunu süzərək bal vermişdir. Onun arı işindən başı çıxmadığı üçün 2-ci korpusda da bal olduğunu bilmirdi. Özü bundan istifadə edərək arı yeşiklərini (ailəsini) öz həyətinə apardıqdan sonra özü süzüb mənimsəmişdir. 2017, 2018, 2019-cu illərdə isə onun 15 arı yeşiyindən (ailəsi) bir dəfə də məhsul verməyib özü mənimsəmişdir. 1 arı yeşiyi (ailəsi) 15 kq orta hesabla bar verir. 15 arı yeşiyi (ailəsi) 225 kq bal verir. Bu üç ildə yəni 2017, 2018, 2019-cu illərdə ona 15 arı yeşiyindən (ailəsi) 675 kq bal verməli idi. Lakin cavabdeh tərəfindən bu 3 ildə ona bal və ya onun dəyəri verilməyib. 2020-ci ildə o özünə məxsus 15 arı yeşiyini (ailəsini) Nurullahdan gedib götürmüşdür. Bu zaman arı yeşiklərindən (ailəsi) 3-ü 3 korpuslu, 12-si isə 2 korpuslu arı yeşiyi (ailəsi) olmuşdur. 3 korpuslu 1 arı yeşiyi orta hesabla qiyməti 200 manat təşkil edir. 1 korpusun qiyməti təxminən 67 manat təşkil edir. 12 ədəd korpusun qiyməti 804 manat təşkil edir. Beləliklə, cavabdeh Nurullahın ona verəcəyi bal 2015-ci ildən 50 kq, 2016-cı ildən 175 kq, 2017-ci ildən 225 kq, 2018-ci ildən 225 kq, 2019-cu ildən 225 kq və 12 ədəd korpusun və ya onların dəyəridir. Bir kq balın dəyəri 20 manat təşkil edir. Bu 5 il ərzində ümumilikdə ona 900 kq bal və ya dəyəri 18000 manat, 12 ədəd korpus və ya dəyəri 804 manat cəmi 18 804 manat pul verməlidir. Hazırda iddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X4 vəkili X13 cavabdehin verdiyi izahata uyğun çıxış edərək İddiaçıh Qarnay oğlu tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsini və cavabdeh X11 tərəfindən verilmiş sonrakı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X21 Mərkəzinin 117 nömrəli 01 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçıh Qarnay oğlunun X20 Təsərrüfatı informasiya sistemində (subsidiyaya düşən) 12 (on iki) arı yeşiyi mövcuddur. Yaz mövsümünə çıxmış bir korpuslu arının qiyməti 200 manat, 2-ci korpuslu 220 manat, 3-cü korpuslu 250 manatdır. Bir kiloqram balın qiyməti isə 15-20 manat arasındadır İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala X21 Mərkəzinin 19 nömrəli 17 mart 2021-ci il tarixli məktubundan görünür ki, erkən yaz mövsümündə qışdan çıxdıqda pətəkdə 1.5-2 kq və ya 15-20 min arı 7 ramkada olmalıdır. Erkən yazda qışdan çıxdıqda pətəkdə 5-8 kq bal olmalıdır. Mövsümdən asılı olaraq balın dəyəri 15-25 manat arası dəyişilir. İşdə olan 04 mart 2018-ci il tarixdə verilmiş Arıxananın baytarlıq-sanitariya pasportundan (şəhadətnaməsi) görünür ki, Zaqatala rayonu Dağlı kənd sakini İddiaçıh Qarnay oğluna məxsus arıxanada 50 ədəd arı ailəsi yerləşir. İşdə olan 08 may 2018-ci il tarixdə verilmiş Arıxananın baytarlıq-sanitariya pasportundan (şəhadətnaməsi) görünür ki, Zaqatala rayonu Aşağı Tala kənd sakini Cavabdeh məxsus arıxanada 20 ədəd arı ailəsi yerləşir. İşdə olan 26 oktyabr 2020-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC-nin Zaqatala filialına mədaxil qəbzindən görünür ki, Cavabdeh xidmət pulu üzrə 300 manat pul ödəmişdir. İşdə olan Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin 27 iyul 2020-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçıh Qarnay oğlu arıçılıq fəaliyyəti ilə məşğul olur. 2015-ci ildə iddiaçı X10 Abdulla Bilal oğlu arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya 3 korpuslu 10 ədəd arı yeşiyinin alınması üçün hər bir arı yeşiyinin dəyəri 200 manat olmaqla 2000 manat pul vermişdir. Cavabdeh arının baxımı barədə məlumatlı olmadığından aldığı 3 korpuslu 10 ədəd arı yeşiklərini iddiaçıya məxsus arıxanada qoymuş və aralarında olan razılaşmaya əsasən arıların baxımı ilə birlikdə məşğul olmaq qərarına gəlmişlər. İddiaçıh Qarnay oğlu cavabdehə məxsus arı yeşiklərini fərqləndirmək üçün onların üzərinə cavabdehin adının baş hərfini qeyd etməklə nişanlamışdır. Bir müddət arılara birgə baxdıqdan sonra cavabdeh 2017-ci ildə Rusiya Federasiyasına getmiş və 2019-cu ildə qayıtdıqda İddiaçıh Qarnay oğlu ona bildirmişdir ki, 2018-ci ildə ona məxsus arı yeşiklərində olan arı ailələrinin xəstəlik nəticəsində ölmüşdür və boş qalmış arı yeşiklərini aparmasını demişdir. 04 mart 2018-ci il tarixdə İddiaçıh Qarnay oğluna məxsus arıxanada 50 ədəd arı ailəsi, 08 may 2018-ci il tarixdə Cavabdeh məxsus arıxanada 20 ədəd arı ailəsi mövcud olmuşdur. Lakin cavabdeh boş arı yeşiklərini aparmaqdan imtina etmiş və 2000 manat pulunun və aldığı və artım olmuş arı yeşiklərinin geri qaytarılmasını İddiaçıh Qarnay oğlundan tələb etmişdir. İddiaçı həmin məbləğdə pulunun olmadığını bildirərək bal süzüldükdən sonra 2000 manatı ona qaytara biləcəyini qeyd etmişdir. 12.07.2020-ci il tarixdə Cavabdeh iddiaçıya məxsus arıxanaya gələrək sonuncuya məxsus süzülməmiş halda 3 ədəd 3 korpuslu, 12 ədəd 2 korpuslu dövlət tərəfindən qeydiyyata alınaraq xüsusi nişanlarla nişanlanmış arı yeşiklərini nişanlanmaları qırıb ataraq aparmışdır. İddiaçı, Cavabdeh arı yeşiklərini qaytarmasını tələb etsə də, o iddiaçıya məxsus arı yeşiklərini qaytarmaqdan imtina etmişdir. İddiaçıh Qarnay oğlu 3 ədəd 3 korpuslu 12 ədəd 2 korpuslu arı pətəklərinin süzülməmiş halda cavabdehdən alınaraq ona qaytarılmasını və ya 3 ədəd 3 korpuslu arı pətəklərinin hər birinin dəyəri 250 manatdan hesablanmaqla və 12 ədəd 2 korpuslu arı pətəklərinin hər birinin dəyəri 220 manatdan hesablanmaqla, cəmi 3140 manatın, 33 korpusun hər birində 20 kiloqram bal olmaqla, cəmi 660 kiloqram balın dəyəri 13200 manatın, ümumilikdə 16340 manatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh isə iddia ərizəsi ilə müraciət edərək əməyinin dəyəri 2000 manat və vəkilə ödədiyi 300 manat pulun, 900 kq bal və 12 ədəd korpusun dəyəri olan 18 804 manat pulun iddiaçıdan alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilk öncə İddiaçıh Qarnay oğlunun iddia tələbi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinin tələbinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Arıçılıq haqqında Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən arıçılıq təsərrüfatları dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə ola bilərlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən arıxanalarda olan arı ailəsi, arı beçəsi və arıçılıq sahəsində fəaliyyəti həyata keçirmək üçün lazım olan alət, ləvazimat, avadanlıq və tikililər arıxana sahiblərinə mülkiyyət və (və ya) istifadə hüququnda mənsub ola bilər. Hüquqi və fiziki şəxslər arıxanalarından başqa əraziyə uçub getmiş və orada məskunlaşmış və ya yad pətəyi tutmuş arı ailəsini (təbii arı beçəsini) müntəzəm izlədikləri halda həmin arı ailəsini (arı beçəsini) öz əmlakı kimi yığıb geri qaytarmaq hüququna malikdirlər. Hüquqi və fiziki şəxslərin arıxanalarından uçmuş arı beçəsi başqaları ilə birləşərək bir yerə toplanarsa, birləşmiş arı beçələri həmin şəxslərin ümumi mülkiyyəti hesab olunur və onun bölünməsi, o cümlədən birləşmiş arı beçəsinin özgəninkiləşdirilməsindən əldə edilən pul vəsaitinin arı beçəsinin sayına uyğun bölünərək sahiblərinə ödənilməsi tərəflər arasında razılaşmaya əsasən həyata keçirilir. Yad ərazidə məskunlaşmaq və ya yad pətəyi tutmaqla əlaqədar zərər vurulduğu halda zərərçəkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əvəz ödənilməsini tələb edə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilmiş işin hallarını nəzərə alaraq, təqdim edilmiş sübutlara müqayisəli qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən İddiaçıh Qarnay oğlunun arıxanasından götürülmüş süzülməmiş halda olan 3 ədəd 3 korpuslu və 12 ədəd 2 korpuslu arı pətəkləri iddiaçının mülkiyyətində olmuşdur və o həmin əmlakı naturada Cavabdeh qanunsuz sahibliyindən qaytarılmasını və ya əmlakın dəyəri olan, 3 ədəd 3 korpuslu (mərtəbəli) arı pətəklərinin hər birinin dəyəri 250 manat, 12 ədəd 2 korpuslu (mərtəbəli) arı pətəklərinin hər birinin dəyəri 220 manat olmaqla, cəmi 3390 manat vəsaitin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə ki, həm Cavabdeh özü etiraf edir ki, o, 12.07.2020-ci il tarixdə 3 ədəd 3 korpuslu, 12 ədəd iki korpuslu cəmi 15 ədəd arı ilə dolu dövlət tərəfindən nişanlanmış İddiaçıh Qarnay oğluna məxsus arı yeşiklərini üzərindəki nişanlanmaları qırıb ataraq aparmışdır. Həm də, Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin 27 iyul 2020-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi barədə qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh Nurullah Əhmədovun arıları saxladığı yerə gedərək özünə məxsus 15 yeşik arıları götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, iddiaçı bu tələbi irəli sürərkən 3 ədəd 3 korpuslu və 12 ədəd 2 korpuslu arı pətəklərinin dəyərini cəm şəklində 3140 manat göstərmişdir. Lakin, 3 (üç) ədəd üç korpuslu arı pətəklərinin hər birinin dəyəri 250 (iki yüz əlli) manat, 12 (on iki) ədəd iki korpuslu arı pətəklərinin hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olmaqla hesablandıqda cəmi 3390 (üç min üç yüz doxsan) manat təşkil edir. Məhkəmə İddiaçıh Qarnay oğlunun iddia tələbinin 33 korpusun hər birində 20 kq bal olmaqla, cəmi 660 kiloqram balın dəyəri 13200 manatın ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Göründüyü kimi, mübahisə predmeti olan 3 ədəd 3 korpuslu və 12 ədəd 2 korpuslu arı pətəkləri İddiaçıh Qarnay oğlunun mülkiyyətində olmuşdur və lakin o öz mülkiyyətini geri tələb edərkən həmin arı pətəklərinin Cavabdeh qanunsuz sahibliyində olduğu vaxt ərzində onun götürməli olduğu 660 kq balın dəyərini tələb etməkdə haqlı deyildir. Belə ki, artıq həmin korpuslar və ya onların dəyəri qaytarıldıqda onlar, içərisində olan-süzülməmiş balla birlikdə qaytarılır. Həmin korpuslara yığılmış bal süzüldükdə artıq həmin korpusların dəyəri də qalmır. Əlavə olaraq həm korpusların (süzülməmiş halda), həm də həmin korpuslardan süzülən balın qaytarılması iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Məhkəmə daha sonra iddiaçı Cavabdeh İddiaçıh Qarnay oğluna qarşı olan iddia tələbinin 20 ədəd arı yeşiyi və ya onun dəyərinin 4000 manat cavabdehdən alınaraq ona verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmim Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsi əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçıh Qarnay oğlu 10 ədəd 3 korpuslu arı pətəklərini 2015-ci ildə hazırki iddia tələbi üzrə iddiaçı Cavabdeh 2000 manata satmaq barədə razılığa gəlmişdir. Hazırki iddia ərizəsi üzrə iddiaçı Cavabdeh 2000 manat İddiaçıh Qarnay oğluna verməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin 2018-ci ildə Cavabdeh verməli olduğu arıların xəstəlik nəticəsində öldüyünü qeyd edərək aralarında olan razılaşmaya əsasən İddiaçıh Qarnay oğlu verməli olduğu 10 ədəd 3 korpuslu arı pətəklərini Cavabdeh verməmiş və bununla da razılaşma əsasında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Salihov X9 Nurullah Qarnay oğlundan 10 ədəd 3 korpuslu arı pətəklərini və ya həmin pətəklərin alınması üçün sonuncuya verdiyi 2000 manat vəsaiti tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçı Cavabdeh İddiaçıh Qarnay oğluna qarşı olan iddia tələbinin 900 kq bal və 12 ədəd korpusun dəyəri olan 18804 manat pulun ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin qeyd olunan hissədə təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, məhz cavabdeh İddiaçıh Qarnay oğlunun təqsiri üzündən ona 18804 manat maddi zərərin dəyməsi öz təsdiqini tapmadığından ona vurulmuş ziyanın ödənilməsini İddiaçıh Qarnay oğlundan tələb etməkdə haqlı deyildir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş iddia tələbinin əməyinin dəyəri olan 2000 manat İddiaçıh Qarnay oğlundan alınaraq ona verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi hallarin məvcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı Cavabdeh X8 aralarında olan razılığa əsasən onun həyətində ev tikilməsində usta qismində işlədiyini bildirsə də, aralarında belə bir razılaşmanın olmasına dair və həmin razılaşma əsasında ona xidmət haqqının ödənilməli olduğu ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Cavabdeh tərəfindən verilmiş iddia tələbinin vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdeh İddiaçıh Qarnay oğlundan tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Zaqatala Rayon Vəkil Bürosunun vəkili X13 ilə Cavabdeh arasında bağlanmış Hüquqi yardımın göstəriməsi haqqında 268/20 nömrəli 27 oktyabr 2020-ci il tarixli müqaviləsinin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılığa 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İşdə olan 26.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 300 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X12rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 300 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia və qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən iddiaçı və cavabdehin dövlətə ödədikləri dövlət rüsumu özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçıh Qarnay oğlunun cavabdeh X6 qarşı arı pətəklərinin naturada və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 3 ədəd üç korpuslu, 12 ədəd iki korpuslu arı pətəkləri süzülməmiş halda naturada və ya 3 ədəd üç korpuslu arı pətəklərinin hər birinin dəyəri 250 manat, 12 ədəd iki korpuslu arı pətəklərinin hər birinin dəyəri 220 manat olmaqla, cəmi 3390 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçıh Qarnay oğluna verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı X4 cavabdeh İddiaçıh Qarnay oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 10 ədəd 3 korpuslu arı pətəkləri və ya həmin pətəklərin alınması üçün ödənilmiş 2000 manat, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil haqqı olaraq ödənilmiş 300 manat vəsait İddiaçıh Qarnay oğlundan alınaraq Cavabdeh verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçıh Qarnay oğlunun cavabdeh X6 qarşı arı pətəklərinin naturada və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 3 (üç) ədəd üç korpuslu, 12 (on iki) ədəd iki korpuslu arı pətəkləri süzülməmiş halda naturada və ya 3 (üç) ədəd üç korpuslu arı pətəklərinin hər birinin dəyəri 250 (iki yüz əlli) manat, 12 (on iki) ədəd iki korpuslu arı pətəklərinin hər birinin dəyəri 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 3390 (üç min üç yüz doxsan) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçıh Qarnay oğluna verilsin İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı X4 cavabdeh İddiaçıh Qarnay oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 10 (on) ədəd üç korpuslu arı pətəkləri və ya həmin pətəklərin alınması üçün ödənilmiş 2000 (iki min) manat, hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil haqqı olaraq ödənilmiş 300 (üç yüz) manat vəsait cavabdeh İddiaçıh Qarnay oğlundan alınaraq iddiaçı Cavabdeh verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçıh Qarnay oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-113/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-113/2021
31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver