Məhkəmə qərarları › İş №2(033)-250/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-250/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-250/2021 24.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı sığorta ödəniş məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 380 manat sığorta ödənişi məbləğinin, 1600 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 2010 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlə razılıq əldə edildiyini, cavabdeh tərəfindən borcun ödənildiyini, ona görə də, iddia ərizəsinin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı sığorta ödəniş məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli və işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı sığorta ödəniş məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina məhkəmə tərəfindən qəbul edilsin və mülki işin icraatına xitam verilsin. İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı sığorta ödəniş məbləğinin və işlərin görülməsi xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “xxxx” ASC-yə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov hakimi Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar