Məhkəmə qərarları › İş №2(033)-392/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-392/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-392/2021 05.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, Cavabdeh alınaraq qızları X1 üçün qanunverciliyə uyğun aliment ödənilməsini xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsi rəhbər tutularaq iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 443.0.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda həmin işlərə baxmağa haqlıdır. İş materiallarından görünür ki, iddiaçı İsayeva X3 Respublikasının vətəndaşıdır, hazırda da ünvan 1 ünvanında yaşayır. Eyni zamanda iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olması barədə sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbi ilə bağlı iddiasını Zaqatala Rayon Məhkəməsində qaldırması üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir. Buna görə də, İddiaçı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəyə əlavə olunmuş bütün sənədlər ərizəçiyə rəsmi qaydada verilməli, İddiaçı göstərilənlərə əməl etməklə iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə müvafiq məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar