Məhkəmə qərarları › İş №2(033)-50/2021

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-50/2021

08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-50/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı, onun vəkili X3, Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evində açılmış pəncərələrin bağlanması, yağış sularının qarşısını almaq məqsədi ilə novun cavabdehin hesabına quraşdırılması, fərdi yaşayış evinin divarına bitişik su kranının yerinin cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə doğru açılmış 4 (dörd) ədəd pəncərənin cavabdehin hesabına çölü şəffaf olaraq göstərməyən xüsusi şüşələr ilə təchiz edilməsi və pəncərələrin mülkiyyətində olan əmlaka doğru açılmaması üçün birdəfəlik bağlanılması, cavabdehin evinin damından axan yağış sularının həyətinə tökülməsinin qarşısının alınması üçün cavabdehin hesabına novun quraşdırılması və mülkiyyətində olan torpaq sahəsində yerləşən yararsız halda olan fərdi yaşayış evinin divarına bitişik su kranının cavabdehin hesabına yerinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı verdiyi iddia ərizəsinə baxılmasını istəmədiyini və bu səbəbdən ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh da məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia ərizəsinin geri qaytarılmasına və baxılmamış saxlanılmasına etirazı olmadığını bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasını tələb etdiyini, Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və üçüncü şəxs Zaqatala rayon İcra Hakimiyyətinə qarşı fərdi yaşayış evində açılmış pəncərələrin bağlanması, yağış sularının qarşısını almaq məqsədi ilə novun cavabdehin hesabına quraşdırılması, fərdi yaşayış evinin divarına bitişik su kranının yerinin cavabdehin hesabına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar