Məhkəmə qərarları › İş №2(033)-648/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-648/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-648/2021 22.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili X12, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X9 və X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X9 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) manat borc məbləğinin, gecikdirilmiş 5 il vaxt üçün illik beş faiz olmaqla 2500 (iki min beş yüz) manat, vurulmuş mənəvi zərər üçün 5000 (beş min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 15 ilə yaxındır ki, tanıyır. Demək olar ki, tanıdığı müddət ərzində hər il onların ailəyə məxsus fındıq məhsulunu ona satmışlar və beləliklə onunla aralarında biznes münasibətləri yaranmışdır. 02 fevral 2016-cı il tarixində cavabdeh yenidən onunla əlaqə yaradaraq fındığın olub olmadığını soruşmuşdur. O, ümumilikdə ailələrinə məxsus 15 ton fındığın olduğunu bildirmişdir və cavabdehlə 1 kiloqramı 4 manat 20 qəpik olmaqla, pulunu 2016cı ilin aprel-may aylarında ödəməklə şifahi razılaşma əldə etmişlər. Cavabdeh nəzərdə tutulmuş məbləği hissə-hissə olmaqla çox çətinliklə ödəsə də, yerdə qalan 10000 (on min) manat pulu hələ də ödəməmişdir. Bununla bağlı cavabdehlə aralarında dəfələrlə danışıqlar olsa da o, müxtəlif bəhanələrlə borc məbləğini ödəmir və ödəməkdən yayınır. Hazırki, iddia ərizəsinə əlavə etdiyi rəsmi sənədlərdən də görünür ki, bununla bağlı o hüquq mühafizə orqanlarına şikayət etmiş və Qax RPŞ-nin İQ-da araşdırma aparılmış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında rədd qərarı qəbul edilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, məhkəmə Cavabdeh 10000 (on min) manat borc məbləğinin, gecikdirilmiş 5 il vaxt üçün illik beş faiz olmaqla 2500 manat, mənəvi sarsıntı, stress və iztirab üçün 5000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pulunun tutularaq ona qaytarılması barədə qətnmaə qəbul etməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X15 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 1.700 manat, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 1.040 manat, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 1.400 manat, cəmi 4.140 (dörd min bir yüz qırx) manat pulun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər iddia tələblərini onunla əsaslandırmışdırlar ki, onlar Qax rayonu Marsan kəndində yaşayırlar. Onlar ailələrinə məxsus torpaq sahəsində fındıq salmışlar. Hər il fındıq məhsulundan əldə etdikləri gəlirlə ailələrini dolandırırlar. Cavabdeh Zaqatala rayonu Yuxarı Tala kənd sakini Cavabdeh 15 ildir ki tanıyırlar. Bu müddət ərzində hər il onlar ailələrinə məxsus fındıq məhsulunu ona satmışlar. 02 fevral 2016-cı ildə Cavabdeh İddiaçı fındıq məhsulunun olub-olmaması barədə soruşmuşdur. İddiaçı Cavabdeh bildirmişdir ki, o X11 3.500 kq, X8 1.200 kq, X2 2.000 kq, İddiaçı 8.917 kq fındıq məhsulu vardır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 3.500 kq 1 kiloqramı 4 manat 20 qəpikdən hesablanmaqla 3.500 kq x 4.20 = 14.700 manat dəyərində fındıq məhsulunu Cavabdeh vermişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 1.200 kq 1 kiloqramı 4 manat 20 qəpikdən hesablanmaqla 1.200 kq x 4.20= 5040 manat dəyərində fındıq məhsulunu Cavabdeh vermişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 2.000 kq 1 kiloqramı 4 manat 20 qəpikdən hesablanmaqla 2.000 kq x 4.20= 8400 manat dəyərində fındıq məhsulunu Cavabdeh vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən, onlar-mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X14 və X7 və İddiaçı ümumilikdə 15.617 kq fındıq məhsulunu 1 kiloqramının dəyəri 4 manat 20 qəpik olmaqla cəmi 65.591 manat 40 qəpik dəyərində fındıq məhsulunu nisyə olaraq Cavabdeh verməyi razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən, 65.591 manat 40 qəpik pulu Cavabdeh iki ay ərzində onlara qaytarmalı idi. Lakin, 5 ildən çox müddət keçməsinə baxmayaraq, cavabdeh ancaq pulun bir hissəsini onlara qaytarmışdır. Sonuncu dəfə Cavabdeh onlara 2019-cu ilin iyun ayında 2.000 manat pul vermişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 14.700 manat borclu olduğu puldan bu günə qədər Cavabdeh 13.000 manatı qaytarmış, 1.700 manatı isə bu günə qədər verməmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 5.040 manat borclu olduğu puldan Cavabdeh bu günə qədər 4.000 (dörd min) manat pul vermişdir. 1.040 (bir min qırx) manat pul borcu qalmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 2 ton fındıq məhsuluna görə 8.400 (səkkiz min dörd yüz) manat pulu cavabdehdən almalı olduğu halda həmin 8.400 manatdan 7.000 (yeddi min) manatını Cavabdeh qaytarmış, qalan 1.400 (min dörd yüz) manatı bu günə kimi verməmişdir. 1.400 manat pulu Cavabdeh tələb edir. İddiaçı cavabdehə 1 kiloqramı 4 manat 20 qəpik olmaqla 8.917 kq fındıq vermişdir. Cavabdeh, 37.451 (otuz yeddi min dörd yüz əlli bir) manat puldan 6.360 (altı min üç yüz altmış) manatı verməmiş, borclu olduğu 31.091 manatı isə qaytarmışdır. Dəfələrlə Cavabdeh onlara borclu olduğu pul vəsaitini tələb etsələr də, o müxtəlif bəhanələr gətirərək pulu onlara ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 1.040 manat borclu olduğu pulu, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 borclu olduğu 1.400 manat pulu, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X13 borclu olduğu 1700 manat pulu tələb edirlər. İddiaçı nümayəndəsi və vəkili X17 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X14, Vəliyeva əmər Abdulvahab qızı iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin azaldılmasına dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh nisyə olaraq verdiyi 8.917 kq fındıq məhsulunun 1 kiloqramını 4 manat 20 qəpikdən hesablanmaqla 8.917 kq x 4.20=37.451 (otuz yeddi min dörd yüz əlli bir) manat puldan 31.091 manatını qaytarmasını nəzərə alınmaqla, qalan 6.360 manat borc məbləğinin gecikdirilmiş 3 il üçün illik beş faiz olmaqla 6.360x15/100=954 (doqquz yüz əlli dörd) manat pulun, cəmi 7.314 (yeddi min üç yüz on dörd) manatın, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdeh nisyə olaraq verdiyi 3.500 kq fındıq məhsulunun 1 kiloqramını 4 manat 20 qəpikdən hesablanmaqla borclu olduğu 3.500 kq x 4.20=14.700 manat puldan 13.000 manatın qaytarmasını nəzərə alınmaqla, borclu olduğu 1.700 manat borc məbləğinin gecikdirilmiş 3 il üçün illik beş faiz olmaqla 1.700x15\100= 255 (iki yüz əlli beş) manat pulun cəmi 1.955 (min doqquz yüz əlli beş) manatın, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh nisyə olaraq verdiyi 1.200 kq fındıq məhsulunun 1 kiloqramını 4 manat 20 qəpikdən hesablanmaqla borclu olduğu 1.200 kq x 4.20=5.040 manat puldan 4.000 manatın qaytarmasını nəzərə alaraq, qalan 1.040 manat borc məbləğinin gecikdirilmiş 3 il üçün illik beş faiz olmaqla 1.040x15/100=156 (yüz əlli altı) manat pulun cəmi 1.196 (min bir yüz doxsan altı) manatın, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X7 Cavabdeh nisyə olaraq verdiyi 2.000 kq fındıq məhsulunun 1 kiloqramını 4 manat 20 qəpikdən hesablanmaqla borclu olduğu 2.000 kq x 4.20 =8.400 manat puldan 7.000 manatını qaytarmasını nəzərə alaraq, qalan 1.400 manat borc məbləğinin gecikdirilmiş 3 il üçün illik beş faiz olmaqla 1.400x15/100= 210 (iki yüz on) manat pulun cəmi 1.610 (min altı yüz on) manatın, cəmi 12.075 (on iki min yetmiş beş) manat pulun Cavabdeh alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili X17 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X14, Vəliyeva əmər Abdulvahab qızının iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin azaldılmasına dair iddia ərizəsinə əlavə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X15 və X7 iddia ərizələrinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir, iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslərin niyyəti vəkili olduğu və təmsil etdiyi Cavabdeh hesabına əsassız varlanmaqdır. Belə ki, qeyd etdikləri alqı-satqı münasibətləri 5 il qabaq baş tutmuş və onlar cavabdehin onlara borclu olduğunu qeyd etdikləri halda bu günədək bununla bağlı heç bir orqana müraciət etməmişlər və bu onların qeyd etdiklərini şübhə altına almaq üçün əsasdır. Əlavə olaraq qeyd edir ki, nə iddiaçı, nə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər olan iddiaçılar tərəfindən cavabdehin borclu olmasına dair əsaslı sübutlar təqdim edilməmişdir. İddianının təmin edilməsinə hüquqi əsasların olmamasını nəzərə alaraq həm iddiaçı, həm də mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər olan iddiaçılar tərəfindən verilmiş iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan HK-1/82 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, 19 fevral 2020-ci il tarixdə Qax rayonu, Marsan kənd sakini İddiaçı ərizə ilə Zaqatala RPŞ-yə müraciət edərək 2016-cı ilin fevral ayında Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayan Cavabdeh ondan nisyə fındıq alaraq bu günədək 10500 manat pulunu qaytarmadığını bildirmişdir. Material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 6(024)-6/2021 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilməyərək Qax rayon polis şöbəsinin İQ-nun müstəntiqi, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 aprel 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü ki, İddiaçı iddia edir ki, onunla cavabdeh arasında 2016-cı ildə fındıq məhsulunun dəyərinin sonradan ödənilməsi şərti ilə şifahi alqı-satqı müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən onun tərəfindən cavabdehə 8917 kq fındıq məhsulu verilmişdir. 1 kq fındıq məhsulunun dəyəri 4,20 manat müəyyən edilmişdir. Aralarında olan razılığa əsasən müqavilənin dəyəri 37450 manat müəyyən edilmişdir. Cavabdeh Cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən ona hissə-hissə 31091 manat ödəniş etmiş, lakin 6360 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə müraciət edən mübahisə premeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia edir ki, Cavabdehlə aralarında 2016-cı ildə olan razılaşmaya əsasən sonuncuya 1 kq dəyəri 4,20 manat olmaqla 3500 kq fındıq vermiş və cavabdeh fındıq məhsulunun dəyəri olan 14700 manatı sonradan hissə-hissə ödəyəcəyini vəd etmişdir. Cavabdeh ona fındıq məhsulunun dəyəri olaraq 13000 manat ödəniş etsə də cavabdehin ona 1700 manat borcu qalmışdır. İddia ərizəsi ilə müraciət edən mübahisə premeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X14 eyni şərtlərlə 1200 kq fındıq məhsulunun, X1 isə 2000 kq fındıq məhsulunun Cavabdeh verdiklərini və cavabdehin razılıq əsasında müəyyən edilmiş məbləğləri tam həcmdə ödəmədiyini və onun X10 1040 manat, X3 isə 1400 manat borcunun olduğunu iddia edirlər. Lakin, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cavabdeh ilə onların arasında razılaşma olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X14 və X1 tələbinin qanuni əsası müəyyən edilərkən aydın oldu ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X14 və X7 ilə Cavabdeh arasında ayrı-ayrılıqda öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır və həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X14 və X1 tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi, çünki iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər müəyyən məbləğdə vəsaitdən məhrum olduqlarını qeyd etsələr də, cavabdehin həmin pulun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etməmişlər. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddia ərizələrində göstərilən dəlillər iddia tələblərinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Bundan başqa, məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən onlara maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddia etdiyi cavabdehin İddiaçı 6360 manat, X13 1700 manat, X14 1040 manat, X7 1400 manat vəsaiti ödəməli olması öz təsdiqini tapmadığından iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər qeyd edilən məbləğləri Cavabdeh oğlundan tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X9 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddiaları rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X6, X9 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddiaları rədd edilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar