Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 2(033)-677/2020 22.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı və cavabdeh X2 iştiraklaarı ilə, İddiaçı cavabdehlər X4 və X1 qarşı onun mülkiyyətində olan evdən istifadə hüququnun müəyyən edilməsi və evə giriş-çıxış qapısının açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən onun mülkiyyətində olan evdən istifadə hüququnun müəyyən edilməsi və evə giriş-çıxış qapısının açılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehlər X4 və X1 qarşı verdiyi onun mülkiyyətində olan evdən istifadə hüququnun müəyyən edilməsi və evə giriş-çıxış qapısının açılması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X4 da məhkəməyə ərizə təqdim edərək İddiaçı ona qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanılmasına və geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin qaytarılmasını tələb etdiyini, cavabdeh X4 isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdehlər X4 və X1 qarşı onun mülkiyyətində olan evdən istifadə hüququnun müəyyən edilməsi və evə giriş-çıxış qapısının açılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-677/2020
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №2(033)-677/2020
22.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver