Məhkəmə qərarları › İş №2(034)-5/2021

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-5/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-5/2021 02.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-270/2019 saylı, 25.09.2019-cu il tarixli qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 6(006)-81/2019 saylı qərarı ilə Cavabdeh şikayəti təmin edilmiş, 97/19 saylı material üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Pərviz Əsədzadə tərəfindən qəbul edilmiş cinayət işinin başlamasının rədd edilməsinə dair 09.05.2019-cu il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, qərarın icrası Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilmişdir. Məhkəmənin sorğu əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı şikayət ərizəsi əsasında toplanmış 97\19 saylı rədd materialı 25.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İşin məhkəmə iclası 02.11.2021-ci il tarixə, saat 12.30-a təyin edilmişdir. Lakin,tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR A ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar